Həftəsonu harada neçəyə istirahət etmək olar? - QİYMƏTLƏR

Həftəsonu harada neçəyə istirahət etmək olar? - QİYMƏTLƏR
Xəbərlər 7 Dekabr 2017 16:51 89
Həftəsonu harada neçəyə istirahət etmək olar? - QİYMƏTLƏR

Artıq həftəsonu yaxınlaşır bu isə o deməkdir ki, bir həftə davam edən iş gərginliyindən azad olmaq üçün əla fürsət yaranıb.

  Bəs həftəsonlarını harada necə keçirmək olar. Səyyah.az turizm portalı xəbər verir ki, bu suala cavab axtranlar üçün fins.az həftəsonu harada maraqlı vaxt keçirməyin mümkün olduğunu öyrənib. Salsa fusion party Nobody Knows Restaurant&Lounge restoranında şənbə günü 19:00-da Latın Amerika rəqslərini sevərlər üçün Salsa Fusion Party in Baku keçiriləcək. Tədbirə giriş pulsuzdur. Burada rəqs sevərlər xoş atmosferdə rəqs edə bilərlər. Konsert 8-10 dekabr tarixlərində ölkəmizdə yetərincə məşhurluq qazanmış ifaçı Miri Yusifin konserti baş tutacaq. Konsert Heydər Əliyev adına sarayda təşkil olunacaq. Konsertə bilet qiymətləri 20- 150 manat arasında dəyişir Silk Road Festival 4-14 dekabr tarixlərində Kapelhaus Alman evində festival keçiriləcək. Festivalın proqramına seminar, ustaddərsləri, konsert daxildir. Bundan başqa festivalda Alman qrupu "Divan der Kontinente”nin və Gürcüstanın "Lebiderya" qrupu çıxış edəcək. Festivala giriş sərbəsdir. Zone Bar&Grill Həftənin şənbə günü Zone Bar&Grill -də limitsiz suşi günü qeyd olunur. Belə ki, 17.99 manat ödəməklə limitsiz sayda suşi sifariş etmək mümkündür. BeerDaha Pub BeerDaha Pub- da 30 manat ödəməklə 8 bakal pivə və içki ilə içmək üçün birbirindən fərqli çərəzlər təqdim olunur. Belə ki, pivə həvəskarlarına 20 çeşiddə çərəz təqdim olunacaq. Xaş Həftəsonlarını bir çox bəylər məhz səhəri xaş ilə açmağı xoşlayır. Məhz xaşı sevən bəylər Bürc Qala restaranında şənbə və bazar günü verilən xaşdan dada bilərlər. Belə ki, Bürc Qla restoranı şənbə və bazar günü 08:00-12:00 xaş yeməyi təqdim edir. Xaşın 1 porsiyası isə 8 manatdır. Amma bu qiymətə yalnız xaş deyil həmçinin sirkə, sarımsaq və suxari -də daxildir.

OXŞAR XƏBƏRLƏR