Xaricdəki məşhur Azərbaycan restoranları – SİYAHI

Xaricdəki məşhur Azərbaycan restoranları – SİYAHI
Xəbərlər 8 Dekabr 2017 23:58 1536
Xaricdəki məşhur Azərbaycan restoranları – SİYAHI

Bilirsiniz, xaricə gedən azərbaycanlılar vətəndə ən çox nə üçün darıxırlar? Əlbəttə ki, dadlı, ləziz yeməklərimiz üçün. Xarici səfər, hətta daimi yaşayış olan ölkə nə qədər rahat olsa da, Azərbaycan mətbəxini heç nə əvəz eləmir. Buna görə də səfər təəssüratlarımız nə qədər bol olsa da, xaricdə hər addımda Azərbaycan restoranı axtarırıq. Üstəlik, mətbəx ölkəni xaricdə tanıdan əsas elementlərdən biridir. Bir neçə gün əvvəl dolma «uğrunda» xeyrimizə başa çatan savaş müasir aləmdə bu məsələnin vacibliyini göstərdi. Bəs xaricdə Azərbaycan restoranları çoxdurmu? Seyyah.az turizm və səyahər portalı xarici ölkələrdəki məşhur Azərbaycan restoranlarını təqdim edir.  Yolunuz düşsə hökmən baş çəkin….

 

Kaspi Restourant, Nürnberg (Almaniya)

Xaricdəki ən maraqlı Azərbaycan restoranlarından biri Almaniyanın Nürnberq şəhərindəki Kaspi Restoranıdır. Göz oxşayan interyeri sayəsində qonaqlar özlərini Azərbaycanda hiss edir. Xidmətlərinə milli kulinariyamızın dadlı təamlarından ibarət səhər yeməyi, nahar, şam, çay, qəhvə və digər içki menyuları daxildir. Qonaqlar burda Azərbycan mətbəxinin şah əsəri olan plov çeşidləri, növbənöv dolmalar, kabablar, soyuq və isti qəlyanaltılar, salat və şorbaların dadına baxa bilir. Burda istəyə görə ziyafət gecəsi, uşaqlar üçün əyləncələr təşkil etmək də mümkündür. Restoranın qonaqları tarın, nağaranın və digər milli musiqi alətlərinin müşaiyəti ilə canlı musiqi dinləyə bilirlər. Restoranın sifarişlə çatdırılma xidməti də var və bazar ertəsindən başqa hər gün xidmət göstərir.

Bu restoranın heç bir yerdə olmayan digər bir özəlliyi də var. Bu da ondan ibarətdir ki, siz Bakıda oturub həmin restorandakı dostunuz üçün yemək sifariş edib, stoluna içki göndərə bilərsiniz. Hətta həmin restoranda ad günü keçirən yaxınlarınıza tortla sürpriz edə bilərsiniz. İnanmırsınızsa yoxlayın. Ünvanı: Pillenreutherstr. 154 Nürnberg, Almaniya.

https://www.facebook.com/kaspirestaurantnurnberg/

 

Restaurant Baku,  Praqa (Çexiya)

Çexiyanın paytaxtı Praqada yerləşən  “Baku” restoranı barədə müsbət rəy olduqca çoxdur. Bu restoranın qonağı olan Çexiyadakı azərbaycanlılar dadlı yeməkləri, yüksək səviyyəli xidməti tərifləyirlər. Restoran menyusuna daxil edilmiş borşu xüsusilə sevənlər var.  Piti, plov üçün restorana uzaq şəhərlərdən də qonaqlar gəlir. Amma yeməklərin yağlılığı yerli əhali üçün normal hesab edilmir. Bəzi müştərilər isə personalın dil bilgisinin zəif olmasından şikayətlənir.

 

Barashka Restoran, Moskva (Rusiya)

Moskvadakı ən yaxşı azərbaycan restoranlarından biridir. Müşətrilər xüsusilə qəlyanaltılara vəkababalara görə gəlirlər. Azərbaycan çayı və şirniyyatı da ən çox tələb olunan menyudur. Ünvan: Петровка ул., д. 20/1, Москва 127051, Россия (Тверская улица)

 

Restoran Sevgilim, Moskva (Rusiya)

Rusiyadakı Azərbaycan restoranlarından biridir, rus müştəriləri bura gətirən Azərbaycan milli mətbəxinin bir-birindən dadlı yeməkləridir. Müştərilər xüsusilə lülə kabab, düşbərə, qutab üçün gəlirlər. Ünvanı: ул. Большая Черёмушкинская, д. 5, Москва 117447, Россия

 

Restaurant Hazar, Varşava (Polşa)

Daha bir məşhur Azərbaycan restoranı isə Polşanın paytaxtı Varşava yaxınlığındadır. “HAZAR” (Xəzər) adlanan restoran milli, türk və gürcü mətbəxlə yanaşı Avropa mətbəxinin təamlarını da təqdim edir. Restoranın qonaqları xüsusilə də interyerinə maraq göstərirlər. 

 

Kaspijski Restobar, Varşava (Polşa)

Polşada daha bir restoran Krakov şəhərində fəaliyyət göstərir.*Kaspijski Restobar* adını daşıyan restoran ləziz  Azərbaycan mətbəxini Polyaklara təqdim etməkdədir.Fərqli ad daşıyan bu restoranda həmçinin yenicə fəaliyyətə başlamışdır.Getmək istəyənlər üçün ünvan.

 

Baku Palace, Nyu-York ( ABŞ)

Azərbaycan restoranlarının ən çox olduğu ölkələrdən biri də ABŞ-dır. Baku Palace adlı bu rrestoran  həmçinin  mərasim, toy, ziyafət xidmətləri də göstərir. Açıq və qapalı mıkanları, ət və balıq ilə zəngin menyusu var. Ünvan: 2001 Emmons Avenue, Brooklyn, NY

https://www.facebook.com/BakuPalaceRestaurant/

 

 

Lala Rokh Beacon Hill , Boston (ABŞ)

Massaçusets ştatının paytaxtı Bostonda yerləşən bu restoran hər gün səhər saat 5-dən axşam saat 10-dək açıqdır. Restoran 1995-ci ildə İrandan ora köçən bir azərbaycanlı tərəfindən açılıb. Restoranda hər il Novruz bayramı qeyd edilir, menyuda milli yeməklər üstünlük təşkil edir. Restoranın ünvanı 97 Mt. Vernon Street, Boston, MA

 

Kavkaz Kebab , Meryland  (ABŞ)

Amerikadakı daha bir Azərbaycan restoranı kababları ilə məşhur olan Kavkaz Kebabdır. Restoran Azərbaycan mətbəxinin bütün təamlarını qonaqlarına təklif edir. Ünvanı: 10902 Boulevard Circle, Owings Mills, MD

https://www.facebook.com/baltimorekabab/

 

Azerbaijan Grill, New-York (ABŞ)

Dünyadakı ən yaxşı 10 Azərbaycan restoranının ilk 10-ğunda yer alan restorandır. Milli mətbəximizə aid bütün yeməklər menyuda var. Çoxçeşidli tərəvəz, balıq yeməklərinə görə ştatda məşhur restorandır. Ünvanı: 1610 Old Country Road, Westbury, NY

https://www.facebook.com/pages/Azerbaijan-Grill/229989423694278

 

Restaurant Baku, Minesota (ABŞ)

Azərbaycan, Yaxın Şərq, Rusiya mətbəxinə məxsus çeşidli yeməklər, xüsusilə dəniz məhsulları və vegetarian menyusu ilə məşhur olan bu Azərbaycan restoranı Minesota ştatındadır. Ünvanı: 16 Nathan Lane North, Minneapolis, MN

 

Baku Bakery, Bruklin, (ABŞ)

Paxlavası, şəkərburası, şor qoğalı, kətəsi ilə məşhur olan başqa bir Azərbaycan restoranı Bruklində yerləşir. 1993-ci ildə yaradılıb və şirniyyat üzrə ixtisaslaşıb. Ünvanı: 1972 86th Street, Brooklyn, NY

 

Apsheron Restaurant, Bruklin (ABŞ)

Bruklindəki başqa bir restoran Abşeron adlanır. Yaxın Şərq mətbəxindən çox çeşiddə yeməyi menyusuna daxil edən restoranın ən çox təlabat olunan yeməkləri Azərbaycan mətbəxindəndir. Ünvanı: 2751 Ocean Ave, Brooklyn, NY 11229-4707

https://www.facebook.com/pages/Apsheron-Restaurant/121428224537395

 

Caucasus Garden, Bruklin (ABŞ)

Restoranın menyusuna ənənəvi Azərbaycan mətbəxinə aid yeməklər daxildir. Bruklində tanınmış və müşttərisi bol olan restoranlardan biridir. Ünvanı: 2715 Ave U Brooklyn, NY 11229

https://www.facebook.com/pages/Caucasus-Garden-Restaurant/135711249923821

 

Heidar Baba Restaurant, Kolorado (ABŞ)

Koloradoda yerləşən və İranlı azərbaycanlıların restoranı olan Heydərbaba restoranı öz adını Təbriz yaxınlığındakı Heydərbaba dağından alıb. Restoranın menyusunda ən çox təlabat olan təamlar plov çeşidləridir. Ünvanı: 1511 E Colorado Blvd, Pasadena, CA 91106

 

Lavash, San-Fransisko (ABŞ)

San-Fransiskodakı bu kiçik ailə restoranı müştəri sarıdan korluq çəkmir. İdarəçiləri İran  azərbaycanlılarıdır. Milli mətbəximizin salat və qəlyanaltıları, isti yeməklərinə təlabat çoxdur. Ünvanı: 511 Irving Street San Francisco, CA 94122

https://www.facebook.com/Lavash-60043066061/

 

Yana's Baklava, Massachusetts  (ABŞ)

Massachusetts ştatındakı şirniyyat üzrə ixtisaslaşmış restoran olan Yanas-Baklavanın paxlavası, şəkərburası, şorqoğalı məşhurdur. Ünvan: Springfield, MA

https://www.facebook.com/YanasBaklava/

 

Restaurant Azerbaijan, Moskva (Rusiya)

Azərbaycanlıların ən çox yaşadığı şəhərlərdən olan Moskvada saysız hesabsız Azərbaycan restoranı var.Bunlardan ən məşhuru isə sözün əsl mənasında elə Azərbaycan Restoranıdır. Restoranın  səkkiz zalı var -Bakı, Gəncə, Şəmkir, Quba, Muğam və s. Ünvanı:  Moskva, Demyan Bednıy küçəsi, ev 4.

 

Restaurant Baku, Kiyev (Ukrayna)

Növbəti Bakı restoranı Ukraynanın paytaxtı Kievdə yerləşir. Azərbaycan şərabları və yeməkləri ilə məşhur olan Bakı restoranı  daha çox ət yeməkləri təklif edir, menyudakı yeməıkıərin tərkibində donuz əti yoxdur.  Menyuda həmçinin quş əti və balıq var. Azərbaycan milli mətbəxində adı məlum olan 300 plov şeçidinin əksəriyyəti bu restoranda bişirilir. Ünvanı: г. Киев, Горького ул., 88

https://www.facebook.com/baku.kiev.ua/?rf=504545399561563

 

Quzu Restoranı,  İstanbul (Türkiyə)

İstanbulda qısa zaman ərzində tanınmış  Quzu restoranı ən məşhur Azərbaycan restoranı hesab edilir. Türkiyə mətbuatında gedən xəbərlərə görə bu restoranın açılması üçün 3 milyon vəsait yatırılıb. Ünvanı: Nuspetiye 15, İstanbul.

https://www.facebook.com/quzurest/

 

Restaurant Baku, Hamburq (Almaniya)

Almanlar Qafqaz yeməklərini sevirlər, bunu restoranın qonaqlarının daha çox almanlar olması sübut edir. Xüsusilə kabablar və qazan yeməklərinə təlabat var. Canlı musiqi, xüsusilə də 80-ci illərin hit mahnılarının ifası qonaqların bura yenə gəlməsinə səbəb olur. Ünvanı: Hallerstr. 1a, 20146 Hamburq, Almaniya

 

Restaurant Saal Azerbaijan, Hamburq (Almaniya)

Almaniyadakı daha bir Azərbaycan restoranı Saal Azerbaijan adlanır. Milli yeməklərlə yanaşı Qafqaz və Yaxın Şərq mətbəxinin ən dadlı təamlarını təklif edir. Ünvanı: Barmbeker Str. 79, 22303 Hamburg, Germany, Winterhude

 

Azerbaijani Cuisine, London (İngiltərə)

Restoranın adı “Azərbaycan yeməkləri”dir, menyusunda milli mətbəximizdə olan ağlınıza gələcək  bütün yeməklər var – çeşid-çeşid dolmalar, plovlar, xəmir yeməkləri, şorbalar, qəlyanaltılar və s. İngilislər milli yeməklərimizi bir qədər yağlı hesab etsələr də ləzzətli və iştahaçan olmasından çox razıdırlar. Ünvanı: 95 Caledonian Road, London N1 9BT, England

https://www.facebook.com/AzeriCuisineLondon/

 

Restoran Azerbaijan, Riqa (Latviya)

Restoran Azərbaycan milli yeməklərinin tanıdılması ilə bərabər öz interyeri ilə ölkəmiz   barədə riqalılarda fikir formalaşdırıb. Restoran personalı üzərində milli naxışlar olan geyimləri ilə Azərbaycanın milli sərvətlərini tanıdırlar. Ünvanı: Acones iela 5, Ulbroka, Stopiņu nov., LV-2130

https://www.facebook.com/Azerbaid%C5%BE%C4%81na-restor%C4%81ns-1465673950357929/

 

Cafe Azerbaijan House, Kşinyev (Moldova)

Azərbaycan mətbəxi ilə yanaşı qonşu ölkələrin mətbəxinin ləziz təamlarını təklif edən bu restoran Moldovada yerləşir. Ünvanı: str. Alexei Mateevici 71/2, Кишинёв

https://www.facebook.com/Cafe-Azerbaijan-House-1104601996276304/

 

Amazing Azerbaijan cuisine, Tallin (Estoniya)

Estoniyadakı b u Azərbaycan Restoranının müştəriləri həm saf ərzaqına, həm də heyrətamiz mətbəxinə görə bura gəlirlər. Qonaqlar həmçinin restorandakı qiymətlərin münasib olmasından razılıq edir. Bu yerli əhali üçün restorana tez-tez gəlmək üçün əSas səbəblərdən biridir. Qqonaqlar xidmətin bir qədər ləng olmasından narazılıq etsə də dadlı yeməklər və münasib qiymətə görə bunu o qədər də böyük qəbahət hesab etmirlər. Ünvanı: J. Koeleri 2, Tallinn 10150, Estonia

 

Baku Café, Dubay  (BƏƏ)

Bu Azərbaycan Restoranı milli üslubda interyerə malik ən məşhur restoranlarımızdan biridir. Divarları məşhur Qarabağ xalçaları və milli naxışları olan suvenirlər bəzəyir. Menyusunda yerli əhalinin də çox sevdiyi ət yeməkləri üstünlük təşkil edir. Ünvanı: 39 Al Safa St, Dubay.

https://www.facebook.com/pg/bakucafe.ae/about/?ref=page_internal

 

OXŞAR XƏBƏRLƏR