Beynəlxalq Interrail turizm xidməti bütün Avropanı gəzmək üçün yalnız bir bilet ilə qatar səyahəti təqdim edir.
Seyyah.az turizm və səyahət portalı xəbər verir ki, limitsiz qatarla gəzinti bir ay ərzində mümkündür. Səyahət 30 Avropa ölkəsində 40 min istiqamət üzrədir. 1 aylıq limitsiz gəzinti 17-27 yaş arası şəxslər üçün 493 avroyadır. 27-59 yaş arası səyyahlar üçün bilet isə 693 avroyadır. Adı çəkilən xidmət, bilet almaq istəyənlərə şəhərlər arası məsafəni öncədən öyrənməklərini tövsiyyə edir. Le Figaro dərgisinin yaydığı məlumata görə, qatar turuna bir çox turistlər arasında böyük maraq yaranıb. Biletlər isə böyük tələblə satılır (fins.az).