Şahdağ Milli Parkı Qusar rayonu Ləzə kəndindəki "Qoşa şəlalə" adlanan ərazidəki baxımsızlığa görə, Qusar rayon İcra Hakimiyyətini günahlandırıb.
Seyyah.az xəbər verir ki, bununla bağlı Şahdağ Mİlli Parkının facebook səhifəsində status paylaşılıb: "Cəmi bir həftə əvvəl Şahdağ Milli Parkının ərazisi olmamasına baxmayaraq min bir əziyyətlə park əməkdaşları ilə birgə təmizlədiyimiz Qusar rayon Ləzə kəndindəki "Qoşa şəlalə" adlanan ərazinin bu günkü vəziyyətindən şokdayıq. Ay Qusar rayon Icra Hakimiyyəti, nə vaxt qoyunların və onların sahiblərinin hüquqlarını müdafiə fəaliyyətinizə ara verib bu biabirçılığa son qoyacaqsız?"