İctimai iaşə və turizm strukturuna aid obyektlərə TÖVSİYYƏLƏR

İctimai iaşə və turizm strukturuna aid obyektlərə TÖVSİYYƏLƏR
Xəbərlər 9 Dekabr 2017 10:20 526
İctimai iaşə və turizm strukturuna aid obyektlərə TÖVSİYYƏLƏR

Azərbaycan Respublikası Mədəniyyət və  Turizm Nazirliyinin müvafiq əmrinə əsasən Bakı Turizm İnformasiya Mərkəzi digər turizm informasiya mərkəzləri üçün metodiki mərkəz təyin olunub.

Səyyah.az turiz portalı travelNews.Az-a istinadən xəbər verir ki, əmrin icrası ilə əlaqədar Bakı Turizm İnformasiya Mərkəzi regional turizm informasiya mərkəzlərinin otel, muzey, qoruq, ictimai iaşə və turizm infrastrukturuna daxil olan  obyektlər ilə birgə  əməkdaşlığına  dair  tövsiyyələr  hazırlayıb, rayon turizm informasiya mərkəzlərinə göndərib.

Sənəddə turizm infrastrukturuna daxil olan  müəssisələrin  turizm informasiya mərkəzi ilə qarşılıqlı əməkdaşlığın lazımi səviyyədə keçirilməsi üçün müvafiq müqavilələrin bağlanması, birgə turizm marşrutlarının tərtibatı,  milli bayramların, müxtəlif sərgilərin, tədbirlərin təşkili və keçirilməsi, reklam-informasiya materiallarının və zəruri məlumatların mübadiləsi nəzərdə tutulub.

Bu işdə hər bir regionun təbii və tarixi-mədəni turizm resurslarının mövcudluğu, iqlim şəraiti, ərazinin relyefi və turizm sənayesinin inkişafına müsbət təsir edən bütün amillərdən səmərəli istifadə olması tövsiyyə olunur.

OXŞAR XƏBƏRLƏR