Almaniya flaqmanı Lufthansa ən yaxşı qiymət alacaq.
Səyyah.az turizm portalı fins.az-a istinadən xəbər verir ki, Lufthansa-ya bu qiyməti beynəlxalq konsaltinq agentliyi Skytrax verib. Aviaşirkət Avropada nüfuzlu 5 ulduz alacaq il şirkət olacaq. Bu mükafat ən yaxşı xidmət göstərən şirkətlərə təqdim olunur. Almaniyaya məxsus aviaşirkət ən nəhəng şirkətlərdən sayılır. Ümumilikdə Lufthansa 73 ölkədə 165 istiqamət üzrə uçur.