Almaniyada Yeni il ağacı adamların üstünə aşdı

Almaniyada Yeni il ağacı adamların üstünə aşdı
Xəbərlər 11 Dekabr 2017 10:04 906
Almaniyada Yeni il ağacı adamların üstünə aşdı

 

Almaniyanın qərbində yerləşən Eşvayler şəhərində yarmarka meydanında ucaldılmış Yeni il ağacı adamların üzərinə yıxılıb.

 Səyyah.az turizm portalı xəbər verir ki, Almaniya KİV-ə istinadən verdiyi xəbərə görə, ən azı dörd nəfər xəsarət alıb. Bildirilir ki, yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 21:00) ağac meydanda quraşdırılmış uşaq karuselinin üstünə aşıb. Lakin uşaqlar arasında xəsarət alan yoxdur. Yaralananların dördü də böyüklərdir.  Hazırda polis hadisənin başvermə səbəblərini araşdırır.

OXŞAR XƏBƏRLƏR