Almaniyada bir kənd 140 min avroya satılıb.
Səyyah.az turizm portalı AzEuroNews.com–a istinadən xəbər verir ki, satışa çıxarılan kənd paytaxt Berlindən 120 kilometr uzaqda yerləşən Alvinedir.
Kiçik kənd 16 min kvadrat metr ərazidə yerləşir. Kəndin 20 sakini var və onların 19-u pensiyaçıdır.
Kənddəki evlər uçmaq təhlükəsi ilə üzləşdiyindən Domsdorf bələdiyyəsinin sədri Peter Kroll açıqlamasında bildirib ki, kənd satıldıqdan sonra oradakı evlər söküləcək.
120 min avroya auksiona çıxarılan kənd 140 min avro ödəyən bir iş adamına satılıb.





