Bakıda KFC-lər artır

Xəbərlər 19 Avqust 2014 00:00 2053
Bakıda KFC-lər artır

Dünyanın məşhur “fast-food” restoranlar şəbəkəsi KFC-nin (Kentucky Fried Chicken) Bakıda restoranlarının sayını artırılır. Seyyah.az “KFC-Azerbaijan” şirkətinin məlumatına istinadən xəbər verir ki, növbəti KFC rstoranı Bakıda M.Hadi küç. 2945 məhəllədə, Həzi Aslanov metrosu yaxınlığında açılıb.

İndiyədək Bakıda Park Bulvar, 28 Mall ticarət mərkəzlərində və 28 May metrosu yaxınlığında KFC restoranı istifadəyə verilmişdi.

Qeyd edək ki, KFC brendini Azərbaycanda françayzinq müqaviləsi əsasında “Qarant Holdinq” təmsil edir.

Məlumat üçün bildirək ki, ilk KFC restoranı 1930-cu illərin ortalarında Polkovnik Harland D. Sanders tərəfindən ABŞ-ın Kentuki  əyalətində fəaliyyətə başlamışdır.

Heç bir əməliyyatdan keçirilməmiş 100% toyuq ətini, Polkovnik Sandersin 11 ədviyyatlı gizli resepti qarışığına batırılmasından sonra qızardaraq müştərilərinə  təqdim edən məşhur restoranlar şəbəkəsi, gündə təxminən 7 milyon müştəriyə ildə 4.5 milyarddan çox  toyuq tikəsi satan bir “fast-food” nəhəngidir. KFC 105 ölkədə 15.000-dən çox nöqtədə xidmət göstərir.

OXŞAR XƏBƏRLƏR