Rusiyanın “Utair” aviaşirkəti Moskva-Gəncə marşrutu ilə uçuşların sayının artırılması üçün icazə alıb.
Bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyinin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda bildirilir. Aviaşirkət reyslərin sayını həftədə 5-dən 7-dək artıracaq. Eyni zamanda, analoji müraciət edən “Uralskie avialinii” aviaşirkətinin təklifi qəbul edilməyib. Qeyd edək ki, “Utair” aviaşirkəti 2016-cı ilin martından Moskva-Gəncə reyslərini həyata keçirir. /Trend/