Bakıda uşaqlar üçün Yeni İl şənlikləri – SİYAHI, QİYMƏTLƏR

Uşaqlar üçün Yeni İl şənlikləri – SİYAHI, QİYMƏTLƏR
Xəbərlər 29 Dekabr 2017 11:30 33455
Bakıda uşaqlar üçün Yeni İl şənlikləri – SİYAHI, QİYMƏTLƏR

Qarşıdan Yeni İl tətili gəlir. Məlumdur ki, tətil günlərində uşaqların ən çox maraq göstərdiyi yerlər Yeni il əyləncələrinin təşkil edildiyi məkanlardır. Səyyah.az turizm və istirahət portalı Yeni ildə təşkil ediləcək şənliklərin siyahısını təqdim edir.

 

Akademik Opera və Balet Teatrı

Dekabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində, Patrul Köpəklər cizgi filminin süjet xətti əsasında hazırlanan yeni il tamaşası təqdim olunacaq. Biletlərin qiyməti  6 - 30 AZN arasındadır. 3 yaşınadək uşaqlara bilet tələb olunmur.

 

Rus Dram Teatrı

Azərbaycan Dövlət Rus Dram Teatrında 30 dekabrdan 2 yanvaradək  “Три поросенка, Краснaя Шапочка и серые волки” tamaşası nümayiş etdiriləcək. 13.00-da göğstəriləcək tamaşaya biletlərin qiyməti standatdır – 5 manat. Bu pula hədiyyə daxil deyil. 3 yaşadək uşaqlara ödəniş tələb edilmir. 17 ddekabr-1 yanvar tarixlərində isə bu teatrda «Чудесный переполох» adlı  qış nağılı göstəriləcək. Giriş üçün biletlərin qiyməti 10-28 AZN-dir.

 

Sumqayıt Dövlət Dram Teatrı

Sumqayıt Dövlət Dram Teatrı uşaqları "Maşa və Ayının Yeni il sərgüzəştləri" adlı bayram şənliyinə dəvət edir. Tamaşa 4 gün (29, 30, 31 dekabr, 1 yanvar) olmaqla, üç seans (saat 11:00, 13:00, 15:00 )davam edəcək. Tamaşaya baxmaq üçün biletlər 5 manatdır. Bu qiymətə hədiyyə də daxildir.

 

Heydər Əliyev Sarayı

Yanvarın 2-3-də Heydər Əliyev Sarayında uşaqlar üçün “Yeni il gəlir, xoş gəlir” adlı interaktiv, əyləncəli və musiqili şənlik keçiriləcək. Şaxta Baba və Qar qız interaktiv şənlikdə uşaqlarla ünsiyyətdə olacaq, azyaşlı tamaşaçılara təqdim olunacaq bayram proqramının musiqili qonaqları da olacaq. Tanınmış estrada ulduzlarının çıxışları, həmçinin illüziyaçı və animatorun iştirakı də gözlənilir. Qeyd edək ki, Veniamin” şou proqramı ilk dəfə təqdim olunacaq. Saat 13:00-da başlayacaq şənliklərin biletlərinin qiyməti 6 manatdan başlayır 25 manatadək tıklif edilir.

 

Bundan əlavə, Heydər Əliyev sarayında 23 dekabrda saat 12, 15 və 17-də  «Барбоскины или Та­йна книжной полки » adlı yeni il tamaşası da olacaq. Bu tamaşanın giriş bileti 5-49 AZN-dir. Balacaların sevimlisi olan Luntikin iştirakı ilə “С Новым Годом, Лунтик!” adlı yeni iş şousu da bu sarayda göstəriləcək. 24 dekabrda, saat 12 və 15-də təqdim ediləcək şounun giri. Bileti 5-49 AZN-dir.

 

Фикси Шоу "Спасатели Времени" adlı yeni il şənliyini gözləyən balaca tamaşaçılar 29-30 dekabr, saat 12 və 15.00 seanslarına Heydər Əliyev sarayına gedə bilərlər. Biletlərin qiyməti 5-49 AZN-dir.

 

Kukla Teatrı

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni il proqramı dekabrın 27-dən 31-dək göstəriləcək. “Qış nağılı” adlandırılan proqram hər gün 2 dəfə nümayiş etdiriləcək. Tamaşaya baxmaq üçün giriş bileti 3 manatdır. Bilet böyüklər və kiçiklər üçün eyni qiymətədir.

 

Dövlət Musiqili Teatrı

Azərbaycan Dövlət Musiqili Teatrı dekabrın 30-dan yanvarın 4-dək balaca tamaşaçıları üçün “Qoğalın yeni il sərgüzəştləri” adında tamaşa hazırlayıb. Tamaşaya giriş biletinin qiyməti 8 manatdır. Bu qiymətə uşaqlara yeni il hədiyyəsi də daxildir. 3 yaşadək uşaqlar bir biletə valideyni ilə girə bilər. 

 

Akademik Milli Dram Teatrı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni il proqramı 5 gün nümayiş etdiriləcək. 23, 24, 29, 30, 31 dekabr tarixlərində göstəriləcək yeni il şənliyi üçün biletlərin qiyməti 8 manatdır. Bu qiymətə uşaqlar üçün yeni il hədiyyəsi də daxildir. 3 yaşadək uşaqlar tamaşaya valideyni ilə girə bilər. Teatr 28-29 dekabr tarixlərində həmçinin “Maşa və Ayı” tamaşasını da göstərəcək. Tamaşaya giriş bileti 6-30 AZN-dir.

 

Akademik Opera və Balet Teatrı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Əfsanənin Qayıdışı" adlı yeni il proqramı tərtib edilib. Biletlər 8-30 manata təklif edilir. Biletin qiymətinə uşaqlar üçün yeni il hədiyyəsi və 3 yaşadək uşağı ilə bir valideynin girişi daxildir. “Çarli və şokolad fabrikası” adlı tamaşa isə yanvarın 6-da sata 12, 15 və 17 radələrində göstəriləcək. Biletlərin qiyməti 8-30 AZN.

 

Gənc Tamaşaçılar Teatrı 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı  yeni il proqamı çərçivəsində təqdim edəcəyi tamaşanı 6 AZN müqabilində 29 dekabrdan 7 yanvaradək göstərəcək. Sten Linin “Hörümçək adam “ tamaşası ilə yanaşı bayram tədbiri də olacaq. Uşaqlar bu qiymətə hədiyyə ilə də sevindiriləcəklər.

 

Nizami Kino Mərkəzi

Nizami Kino Mərkəzində də uşaqlar üçün yeni il şənliyi olacaq. “Белоснежки и 7 Монсиков” adlı bayram şənliyi 25-26-27 dekabr tarixlərində saat 11, 14, 17 radələrində təqdim eidləcək. Biletlərin qiyməti 10 manatdan 30 manatadək olacaq.

 

Buta Palace

Buta Palace-da uşaqla üçün yeni il şənliyi təşkil edir. "Sehrli Buta" Möcüzələr gecəsi 2, 3, 4 yanvar tarixlərində 11 və 16 radələrində təqdim ediləcək. Şənliyin giriş üçün ödənişi 35 AZN-dir.

 

Bakı Əyləncə Mərkəzi

Bakı Əyləncə Mərkəzindəki yeni iş şənliyi isə “Новогодние Чудеса” adlanır. Şənlik 2-3 yanvar tarixlərində, saat 11, 14 və 17 radələrində təqdim ediləcək. Giriş üçün ödəniş 20-30 AZN-dir.

 

Crown Hotel

«Чудесный переполох», yəni “Möcüzəvi qarışıqlıq" adlı Yeni il interaktiv şou-nağılı Crown Hotel -də də nümayiş etdiriləcək. 22 dekabr-6 yanvar tarixlərində, hər gün saat 12.00 və 14.00-da nümayiş etdiriləcək tamaşanın giriş haqqı 35 AZN-dir.

 

Akademik Opera və Balet Teatrı

Gürcüstanın "Multi-Pulti dünyası" teatrı "Maşa və Ayı" tamaşasının "Maşa və Ayının Şərqdə yeni il sərgüzəştləri" adlı yeni seriyası ilə Azərbaycan tamaşaçılarının görüşünə gələcək. Teatrın Bakıya növbəti qastrol səfəri yeni il bayramı ərəfəsində reallaşacaq. Balaca tamaşaçılar sevimli qəhrəmanları Maşa və Ayını, eləcə də digər sevimli nağıl qəhrəmanlarını 28, 29 dekabr tarixlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görə biləcəklər. Tamaşalar 12:00; 14:00; 16:00 baş tutacaq. Tamaşa məxsusi olaraq, Azərbaycan tamaşaçıları üçün "Maşa və Ayı" cizgi filmi və Şərq nağıllarının motivləri əsasında hazırlanıb. Tamaşadakı hadisələr Yeni il ərəfəsində cərəyan edir. Ayı və Maşa yeni il yolkası bəzəməyə hazırlaşırlar. Birdən dənizin o tayından bir quş uçub gəlir və uzaq Şərqdə onların dostlarının böyük bir bəlaya düşdüyünü xəbər verir. Maşa və Ayı onlara kömək etmək üçün yola düşməyə hazırlaşırlar. Təmkinli Ayı səfərə hazırlaşmağa gedir, səbirsiz Maşa isə Ayını gözləməyərək, quşla bir yerdə uçub gedir. Ayı bu uzaq yolu təkcə qət etməyə məcbur olur. Şahzadə Xəlifin sarayına çatan Maşa, şahzadənin, nişanlısının və uşaqların başına gələn bədbəxtlikdən xəbər tutur. Bütün baş verənlərin günahkarı Zalım Sehrbaz və Quldurdur. Maşa hamıya kömək etmək istəyir. Ancaq o təkbaşına şər qüvvələrin öhdəsindən gələ bilməz. Ayı və Şaxta Baba köməyə gəlir. Birlikdə onlar bütün şər qüvvələrə qalib gəlirlər. Maşa və Ayı evə qayıdır, tezliklə digər nağıl qəhrəmanları da onlara qoşulurlar. Hamı bəzənmiş yolkanın ətrafında əl-ələ tutub, dövrə vurur və bir-birilərini bayram münasibəti ilə təbrik edirlər. Tamaşa iki variantda - Azərbaycan və rus dillərində hazırlanacaq

 

Patrul köpəklər

 

İnteraktiv oyun üslubunda hazırlanan tamaşa seyrçiləri tamaşanın tərkib hissəsinə çevirməklə, onlara unudulmaz anlar yaşadacaq. Seanslar Azərbaycan və rus dilində olacaq. Tamaşa dekabr 30-da saat 12:00; 14:00; 16:00 olacaq. Balaca tamaşaçılar üçün nəzərdə tutulan "Patrul köpəklər" interaktiv uşaq tamaşası eyniadlı cizgi filminin motivləri əsasında hazırlanıb. "Patrul köpəklər" cizgi filmi 2013-cü ildə Kanada və ABŞ sənətçiləri tərəfindən ekranlaşdırılıb və ekranlara çıxdığı gündən böyük populyarlıq qazanaraq müxtəlif dillərə tərcümə olunub. Elektronika və texnika sahəsində fövqəladə istedada sahib 10 yaşlı Zik Rayder cəsur balaca köpəklərlə birgə "Patrul köpəklər" adlı komanda yaradır. Onlar köməyə ehtiyaca olanların köməyinə yetişir, çətin vəziyyətdə olanları xilas edirlər. Qorxunun nə demək olduğunu bilməyən cəsur və xeyirxah patrul köpəklərin öhdəsindən gələ bilməyəcəkləri vəzifə yoxdur. Patrul köpəklərin bir-birindən maraqlı macəralarına tamaşa etmək üçün 30 oktyabr tarixində Akademik Opera və Balet Teatrında nümayiş olunacaq

 

"Patrul köpəklər" tamaşasının biletlərini şəhərin bütün kassalarından və Asan xidmət mərkəzlərindən əldə edin. Tamaşa zamanı sizi unudulmaz anlar, cəsur patrul köpəklərlə tanışlıq və bolbol əyləncələr gözləyir. "Möcüzəvi qarışıqlıq" adlı Yeni il interaktiv şou-nağılı CosplayClub "Möcüzəvi qarışıqlıq" adlı Yeni il interaktiv şou-nağılını təqdim edir. Tamaşaçılar əsl sehrbaz olub, xeyirxahlıq, cəsurluq və ixtiraçılıq kimi keyfiyyətləri mənimsəməkdə sevimli qəhrəmanlarına kömək edə biləcəklər. Tamaşa dekabrn 29; yanvarın 2,3,6-da saat 12:00,14:00 və 16:00-da olacaq. Tamaşa Crown oteldə olacaq. Tamaşanın süjetinə görə,Kiberton planetindən olan dəyərli qonaqlar yeni il gecəsi Şaxta baba ilə Qar qızı görmək üçün tələsirlər – Avtobot Optimus Praym və BamblBi, Qar Səltənətindən Şaxta məlaikə - Elza və bacısı Anna, hamının sevdiyi xeyirxah Olaf və Kristof, Güzgü sakinləri (Güzgünün içində yaşayanlar) – Dəlisov şlyapaçı, Mart dovşanı, Çeşir pişiyi və sehrli saatların qoruyucusu – Əlahəzrət Zaman. Qəhərmanların macərları qeyri-adi hadisələrlə zəngindir, yollarda hər cür maneəyə rast gəlirlər, xəyali amansız qüvvələr planlar qurular və Qurdların Qırmızı Kraliçası deseptikonlarla bayramı korlamaq istəyirlər, Elflərlə Alisa isə Yeni ilin gəlişinə qədər Zaman Qoruyucusunu geri qaytarmalı və yenidən Möcüzəvi Saat mexanizmini işə salmalıdırlar. Möcüzəvi Qarışıqlıq – dostluğun istənilən çətinliyi aradan qadırdığını nümayiş etdirən maraqlı əhvalatdır. Mahnılar, rəqslər, qəhrəmanların macəraları sizi nağıl boyu müşayiət edəcək və siz unudulmaz yeni il gecəsi ab-havasına düşəcəksiz. Müddət - 1 saat 20 dəqiqə, fasiləsiz.

Biletlərin qiyməti – 35 manat (Ana + uşaq)

 

OXŞAR XƏBƏRLƏR