Bakı sakini yemək yemək üçün məşhur fast-fud restoranı olan McDonalds-a getməyinə peşman olub. Belə ki, gecə vaxtı restorana gələn sakin aldığı "roll"un kifləndiyini görüb. Seyyah.az xəbər verir ki, qidanın şəkillərini çəkərək Milli.Az-a ünvanlayan şikayətçi məsələnin araşdırılmasını istəyib. Məsələyə McDonalds-ın Bakı filialı aydınlıq gətirib. Restoranın əməkdaşı olan Anar Osmanov Milli.Az-a açıqlamasında bu məqamla bağlı heç bir şikayət daxil olmadığını bildirdi. "McDonalds bütün malları, istər ölkədaxili hazır olan, istərsə də xaricdən gələn malları yoxlayaraq müştərilərə təqdim edir.