British Airways” şirkətinin təyyarəsi Bakıda məcburi eniş edib YENİLƏNİB

British Airways” şirkətinin təyyarəsi Bakıda məcburi eniş edib YENİLƏNİB
Xəbərlər 12 Dekabr 2017 09:11 486
British Airways” şirkətinin təyyarəsi Bakıda məcburi eniş edib YENİLƏNİB

“British Airways” şirkətinin “Boeing 777” təyyarəsi dekabrın 11-də Bakıda məcburi eniş edib.

Səyyah.az turizm portalının məlumatına görə Heydər Əliyev Beynəlxalq Aeroportundan AZƏRTAC-a bildiriblər ki, Mumbai-London istiqamətində uçan təyyarədə tüstülənmə yarandığına görə hava gəmisinin kapitanı Bakıda məcburi eniş etmək barədə qərar qəbul edib. Müvəffəqiyyətlə yerə enən təyyarə hazırda Bakı aeroportundadır və texniki baxışdan keçirilir. Təyyarənin içərisində 135 sərnişin və 17 heyət üzvü var.

"Aeroport sərnişinləri qəbul etməyə və istənilən köməyi etməyə hazırdır. Lakin təyyarənin kapitanı sərnişinlərin təyyarədə qalması barədə qərar qəbul edib. Bu məsələ onun səlahətindədir", - deyə aeroportdan bildiriblər.

OXŞAR XƏBƏRLƏR