Kiprdə ən çox xərc tələb edən məsələlərdən biri ev almaqdır.
İkinci əsas məsələ isə avtomobil almaqdır. Səyyah.az turizm portalının xəbərinə görə fins.az Kiprə köçmüş əcnəbilərin fikirləri əsasında bu ölkədə yaşam qiymətləri haqqında məlumatları təqdim edir. Əvvala onu qeyd edək ki, Kiprdə avtomobilsiz hərəkət etmək olduqca çətindir. Bu ölkədə işlənmiş avtomobillərin qiyməti 5 min avrodan, yeni avtomobillər isə 12 min avrodan başlayır. Onu da qeyd edək ki, avtomobil nə qədər baha olduqca xidmət haqqı da o qədər baha olur. Avtomobilin sığortası 550 avro ( avtomobilin vəziyytindən və sığorta şirkətindən asılı olaraq) Avtoservis 300 avro ( avtomobilin vəziyyətindən və brendindən asılı olaraq) Nəqliyyat vergisi 120 avro ( avtomobildən asılı olaraq) Bələdiyyə ödənişi 175 avro ( zibil tullantısı üçün ) Mənzil sığortası 200 avro ( mənzildən və sahəsindən asılı olaraq dəyişir) Özəl məktəbdə oxumaq 6300-7500 avro İllik qida xərcləri 6-8 min avro Restoranda qidalanma adambaşına – 50 avro Həkim qəbulu – 40-50 avro İllik telefon və internet xərcləri 500 avro