İstanbula getmək qəliz məsələ olacaq

İstanbula getmək qəliz məsələ olacaq
Xəbərlər 12 Dekabr 2017 11:35 1174
İstanbula getmək qəliz məsələ olacaq

Artıq Yeni İlə çox az vaxt qalıb. Bu bayramı xarici ölklərdə qeyd etmək istəyənlərin bir çoxları artıq müxtəlif istiqamətlərə tur paketlər alıblar.

  Yerli turistlərimiz isə əsasən bayramlar da İstanbul şəhərinə səfər etməyə üstünlük verirlər. Artıq bir çoxları İstanbula biletləri əldə ediblər. Lakin bir qism turistlərimiz də var ki, hansı ki, tur almaqda bir qədər gecikiblər. Bəli sözün əsl mənasında gecikiblər. Belə ki, Səyyah.az turizm portalı xəbər verir ki, fins.az-ın yerli turizm şirkətlərindən topladığı məlumata görə, hazırda Yeni İl günlərində İstanbula demək olar ki, nə aviabilet nə də boş otel tapmaq mümkün deyil. Hazırda çox az turizm şirkətləri İstanbula səfər etmək istəyənlər üçün aviabilet təqdim edə bilirlər. Yeni İldə bu istiqamətə azərbaycanlı turistlərin səfərlərinin çox olduğundan bütün biletlər artıq satılıb. Təqdim edilən İstanbul turları isə olduqca bahadır. İstanbul turlarının qiymətlərinə gəlincə isə iki nəfərlik istirahət paketinin qiyməti bayram günlərinə min dollardan başlayır. Bu isə digər günlərlə müqayisədə təxminən iki dəfə baha deməkdir.

OXŞAR XƏBƏRLƏR