Azərbaycanda avtobus istehsalına başlanılacaq

Azərbaycanda avtobus istehsalına başlanılacaq
Xəbərlər 12 Dekabr 2017 11:39 1295
Azərbaycanda avtobus istehsalına başlanılacaq

Gəncə Avtomobil Zavodu gələn ildən avtobus istehsalına başlayacaq.

 Səyyah.az turizm və avtomobil portalı xəbər verir ki, bu barədə Fins.az-ın sorğusuna əsasən Zavoddan bildirilib. Məlumata görə, 2018-ci ildə də müəssisə sifarişlər əsasında KAMAZ, URAL, MAZ avtomobillərinin və Belarus traktorların yığımı davam etdiriləcək. Eyni zamanda yeni ildən avtobusların yığılması planlaşdırılır. Bu məqsədlə artıq  müəssisənin servis və marketinq şöbəsi araşdırmalar aparır: “Istehsal xətlərinin sıxlığı nəzərə alınaraq avtobus istehsalı üçün 30 min kvadratmetr sahəsi olan yeni istehsalat sahəsi yaradılır. Burada ən müasir avadanlıqla təchiz olunan texnoloji xətlər quraşdırılacaq”.

Zavoddan bildirilib ki, istehsal olunacaq avtobuslar “MAZ” markasına aid olacaq. Artıq eksperimental olaraq 2 ədəd MAZ avtobusu istehsal olunub.

OXŞAR XƏBƏRLƏR