“Emirates” və “FlyDubai” aviakompaniyaları İraq üzərindən uçuşları bərpa edib

“Emirates” və “FlyDubai” aviakompaniyaları İraq üzərindən uçuşları bərpa edib
Xəbərlər 12 Dekabr 2017 13:48 474
“Emirates” və “FlyDubai” aviakompaniyaları İraq üzərindən uçuşları bərpa edib

Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” və “FlyDubai” aviakompaniyaları İraq üzərindən uçuşları bərpa edib.

 Səyyah.az turizm portalı azərtaca istinadən xəbər verir ki, “Emirates” aviaşirkətinin bəyanatına əsasən, hər gün az sayda reys bu marşrutla uçur. “FlyDubai” isə öz növbəsində Şərqi Avropa və Türkiyəyə uçuşlar üçün İraqın hava məkanın şərq hissəsindən istifadə etdiklərini bildirib.

Bir qədər əvvəl İraqın Baş naziri və silahlı qüvvələrin baş komandanı Heydər əl-Abadi hökumət qoşunlarının Suriya ilə bütün sərhəd üzərində nəzarəti əllərinə aldıqlarını və bununla da İŞİD qruplaşmasına qarşı müharibənin qələbə ilə başa çatdığını elan edib.

Xatırladaq ki, 2014-cü ildən başlayaraq bir neçə aviakompaniya təhlükəsizlik mülahizələrinə əsasən İraq üzərindən uçuşları dayandırmış, daha uzun marşrutla -İran və digər ölkələrin hava məkanından keçməklə hərəkət etməyə başlamışdı.

OXŞAR XƏBƏRLƏR