Qışın özünü yaxşı hiss etdirdiyi bu aylarda jaketlərdən, gödəkcələrdən, paltolardan bezənlər üçün ən yaxşı səyahət alternativlərindən biri də Dubay şəhərinədir.
Bakıdan 3 saatlıq uçuş məsafəsində isti, eqzotik və bol alış- veriş imkanı olan bir səyahət nöqtəsi olan Dubay yüksək binaları, dəbdəbəsi, möhtəşəmliyi, isti iqlimi ilə gəziləsi görüləsi və yaşanılası bir şəhəhrdir. Siz də bu möhtəşəmliyi gedib görmək isdəyirsinizsə turizm şirkətlərimizin fürsətlərindən yararlana bilərsiniz. Səyyah.az turizm portalı fins.az-a istinadən xəbər verir ki, turizm şirkəti 13.12.2017- 16.12.2017 tarixlərində körfəz incisinə tur təşkil edəcək. Turun qiyməti 394 dollardı. Bu qiymətə 4 ulduzlu oteldə 3 gecə 4 gün qonaqlamaq, aviabilet (gediş-gəliş), səhər yeməyi və sığorta daxildir