“Hyatt Regency” oteli sanitar-epidemioloji normaları pozduğuna görə cərimələnib. Bunu Səhiyyə Nazirliyi Sanitar-Epidemioloji Stansiyasının rəisinin müavini Vaqif Abdullayev bildirib.
Dünən səhər “Hyatt Regency” otelinin fitnes-mərkəzinin müştəriləri otelin hovuzunun suyunun nəcislə murdarlandığını, mərkəzin rəhbərliyinin isə suyu dəyişməkdən və hovuzu təmizləməkdən imtina etdiyini bildirmişdilər. Bu barədə məlumatı yerli xəbər saytları yaymışdılar.
Məlumat yayılandan dərhal sonra Səhiyyə Nazirliyinin əməkdaşları ora gedərək qayda-qanun yaratmağa başlayıblar. Nəticədə Sanitar-Epidemioloji Stansiyanın briqadası otelə gedərək hovuzda müvafiq normalar çərçivəsində dezinfeksiya işləri aparıb.
virtualaz.org