Qalibləri və iştirakçiları maraqlı hədiyyələr gözləyir
Young Skal klubu Turizm sahəsində çalışanlar üçün Bowling Yarışması hazırlayıb. Klubdan verilən məlumata görə məqsəd işlərin çoxluğundan, stresindən uzaqlaşmaq və birlikdə maraqlı, həyəcanlı, anlar yaşamaq , eyni zamanda yarış qaliblərinə hədiyyə qazandırmaqdan ibarətdir.
Yarışmanın 1-cisi - Şəki Marxal Resort oteldə 2 nəfərlik/1 gecəlik hədiyyə kuponu, 2-ci yeri qazanan Hyatt Regency otelinin restoranına 100 manatlıq kupon, 3-cü yeri tutan qalib isə ONTOP Bowling kompleksində 4 nəfərlik (1 dəfəlik) Bowling kuponu qazanacaq.
Bowling yarışmasında iştirak etmək ödənişlidir. Yarışmada iştirak haqqı 25 AZN-dır. Yalnız Turizm Universitetinin, Turizm Peşə məktəbinin tələbələrinə və Skal Baku klubunun üzvlərinə 20 AZN-dir.
Qeyd olunan qiymətə oyunlar, yüngül qəlyanaltı, enerji içkisi daxildir. Biletlərin çatdırılması pulsuzdur. İştirakçıların bileti özünüzlə gətirməsi şərtdir. Yarış zamanı təsadüfi seçimlə hədiyyələr də olacaq. Yarışmada iştirak etmək üçün aşağıdakı linkdə göstərilmiş formu doldurmağınız və bilet əldə etməyiniz mütləqdir. Qeyd edək ki, yarış 17 dekabr, həftənin bazar günü saat 18.00-21.00 radələrində, Gənclik Mall-da, ONTOP Bowling zalında baş tutacaq.
Qeydiyyat linki:
https://docs.google.com/forms/d/1TQp0mz2BZd72z0I6_KIjT_63A-2UmQiiuBENggBgGqc/edit
Ətraflı məlumat üçün: 055 522 37 68