Yaponiyanın Ohda şəhərində ətraf mühitin mühafizəsi, ekalogiya və mədəniyyətlər arası dialoq adlı lahiyə həyata keçiriləcək.
Proqram 2018-ci il 26 fevral – 12 mart tarixlərində baş tutacaq. Səyyah.az turizm portalı fins.az-a istinadən xəbər verir ki, könüllülər ətraf mühitin mühafizəsi mövzularında diskussiyalarda iştirak edəcəklər, ekoloji aksiyalar təşkil edəcəklər, bundan əlavə müəyyən bağçılıq işləri, çayın təmizlənməsi kimi işlər də köməklik göstərəcəklər. Həmçinin iştirakçılar icma mərkəzində öz ölkələrinin mədəniyyətlərini müxtəlif fəaliyyətlər təşkil edərək təbliğ edəcəklər. Müxtəlif ölkələrdən gənclərin iştirak edəcəyi bu düşərgədə həm də dil biliklərinizi inkişaf etdirə və başqa ölkələrdən yeni tanışlıqlar qazana biləcəksiniz. Yemək və qalmaq xərcləri təşkilat tərəfindən qarşılanır. İştirakçılar yalnız səfər xərclərini qarşılayacaqlar və iştirak haqqı ödəcəyəklər. İştirak haqqı isə 180 manatdır. Peşəkar dil biliyi tələb olunmur.