“Buta Airways” 3 ayda 55 min sərnişinə xidmət göstərib

“Buta Airways” 3 ayda 55 min sərnişinə xidmət göstərib
Xəbərlər 13 Dekabr 2017 14:25 443
“Buta Airways” 3 ayda 55 min sərnişinə xidmət göstərib

Sentyabr-noyabr aylarında “Buta Airways” 55 min sərnişinə xidmət göstərib.

Səyyah.az turizm portalının xəbərinə görə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 43 faizi AZAL-ın və “Buta Airways”in payına düşüb.

Qeyd edək ki, “Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulub. Aviaşirkət 2017-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb, Moskva, Antalya, Kazan, Mineralnıye Vodı, Kiyev, Tbilisi, Tehran, İstanbul, Sankt-Peterburq istiqamətlərində uçuşlar həyata keçirir. 2018-ci il yanvarın 16-da aviaşirkət Sofiyaya uçuşlar həyata keçirməyə başlaycaq.

Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

“Buta Airways” loukoster aviaşirkəti oktyabrın 29-dan etibarən Bakıdan bütün uçuşlarını Heydər Əliyev Beynəlxalq Aeroportunun “Terminal 2”nin Şimal girişi vasitəsilə yerinə yetirir. /azərtac/

OXŞAR XƏBƏRLƏR