Ölkəmizə gələn xarici turistlər ən çox bu bölgəyə gedirlər – ARAŞDIRMA

Ölkəmizə gələn xarici turistlər ən çox bu bölgəyə gedirlər – ARAŞDIRMA
Xəbərlər 14 Dekabr 2017 16:59 531
Ölkəmizə gələn xarici turistlər ən çox bu bölgəyə gedirlər – ARAŞDIRMA

Ölkəmizdə hazırda turizm bumu açıqaydın sezilməkdədir.

  Hazırda Körfəz ölkələri ilə yanaşı Avropa və Rusiyadan da xeyli sayda turist ölkəmizə təşrif buyurur. Lakin ölkəmizə gələn turistlərin sayı bölgələrə görə fərqlənir. Belə ki, Səyyah.az turizm portalının məlumatına görə fins.az-ın apardığı araşdırmadan belə bəlli olub ki, xarici turistlər ən çox Qəbələyə səfər edirlər. Rəqəmlərin göstərdiyi nəticəyə görə, son 10 ay ərzində Qəbələyə 132.208 əcnəbi turist gəlib. Bölgələrə arasında ikinci ən çox əcnəbi turist qəbul edən məkan Şəki olub. Adı çəkilən şəhərə 64 min əcnəbi turist gəlib. Ən az əcnəbi turist qəbul edən bölgə isə Zaqatala olub. Açıqlanan rəqəmlərə görə, Zaqatalaya son 11 ay ərzində cəmi 1800 əcnəbi turist gəlib.

OXŞAR XƏBƏRLƏR