Rusiya kosmosa turist göndərəcək

Rusiya kosmosa turist göndərəcək
Xəbərlər 15 Dekabr 2017 09:07 466
Rusiya kosmosa turist göndərəcək

Rusiyanın “Roskosmos” şirkəti suborbital turizmi inkişaf etdirmək niyyətindədir.

 Səyyah.az turizm portalının məlumatına görə, şirkət 2019-cu ildən sonra orbitə turistlərin uçuşlarını təşkil etməyi planlaşdırır. Hazırda kosmik uçuşların qiyməti 35 milyon dollara yaxındır. Turist uçuşlarının başlayacağı müddətədək qiymətlərin dəyişə biləcəyi istisna olunmur. Bir müddət əvvəl Rusiyanın “Kosmokurs” şirkəti suborbital turizm uçuş aparatlarının istehsal olunduğunu bildirmişdi. İlk sınaqların 2018-ci ildə keçiriləcəyi gözlənilir. Bir uçuş aparatının dəyəri 250 min dollara yaxındır. /trend/

OXŞAR XƏBƏRLƏR