Pasport və şəxsiyyət vəsiqələrilə bağlı yeni rüsumlar - SİYAHI

Pasport və şəxsiyyət vəsiqələrilə bağlı yeni rüsumlar - SİYAHI
Xəbərlər 15 Dekabr 2017 09:59 1268
Pasport və şəxsiyyət vəsiqələrilə bağlı yeni rüsumlar - SİYAHI

Səyyah.az turizm portalı xəbər verir ki, Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

 

Qanuna 14.1-1-ci maddə əlavə edilib.

Bundan başqa, qanuna aşağıdakı məzmunda 33-3 və 33-4-cü maddələr əlavə edilib:

“Maddə 33-3Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri..

Sənədə əsasən, qüvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin bu Qanunun 33-3-cü maddəsində nəzərdə tutulanlardan artıq müddətdə verilməsi üçün dövlət rüsumu tutulmur.’’.

 

Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 

14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:

 

14.1-1.1. on iş günü müddətində verildikdə

 

14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün

20 manat

14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

30 manat

14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

40 manat

14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara

50 manat

14.1-1.2. beş iş günü müddətində verildikdə

 

14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün

30 manat

14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

50 manat

14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

70 manat

14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara

90 manat

14.1-1.3. bir iş günü müddətində verildikdə

 

14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün

50 manat

14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

90 manat

14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

130 manat

14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara

170 manat

 

14.3-1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:

 

14.3-1.1. on iş günü müddətində verildikdə

15 manat

14.3-1.2. üç iş günü müddətində verildikdə

35 manat

14.3-1.3. bir iş günü müddətində verildikdə

45 manat

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

33-3.1. Hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə:

 

33-3.1.1. üç iş günü müddətində verildikdə

20 manat

33-3.1.2. beş iş günü müddətində verildikdə

10 manat

33-3.2. Fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə

 

33-3.2.1. üç iş günü müddətində verildikdə

10 manat

33-3.2.2. beş iş günü müddətində verildikdə

5 manat


 

 

 

OXŞAR XƏBƏRLƏR