Bakıda nəyi, nə qədər ucuz almaq olar? - Yeni İl Endirimləri - SİYAHI

Bakıda nəyi, nə qədər ucuz almaq olar? - Yeni İl Endirimləri - SİYAHI
Xəbərlər 15 Dekabr 2017 11:08 2693
Bakıda nəyi, nə qədər ucuz almaq olar? - Yeni İl Endirimləri - SİYAHI

Yeni ili bir çoxumuz həm də bayram endirimlərinə və kampaniyalarına görə səbirsizliklə gözləyirik. Çünki bayram ərəfəsində bir çox mağazalar və markaların il boyu yüksək məbləğə satılmış məhsulları bayramda 50-70 % endirimlə təklif edilir. Bunlar geyimdən kosmetikaya, tur-paketlərdən restoran xidmətlərinədək bir çox sahəni əhatə edən aksiyalardır. Səyyah.az sizə bayram ərəfəsində gözlənilən bayram endirimləri haqqında yazı təqdim edir.

 

Koton mağazalar şəbəkəsi  yeni il endiriminə dekabrın 9-dan start verib.  İndi siz 50%-ə qədər endirimdən faydalana bilərsiniz. Seçilmiş kampaniya məhsulları uşaq, kişi və qadın geyim və aksesuarlarından ibarətdir.

Lamare mağazaları 20%-dən 50%-dək endirim vəd edir. Dekabrın 22-dək davam edəcək aksiyada endirim bütün mallara şamil edilir.

Delloro mebel salonunda da yeni il aksiyası var. Yeni ili yeni yataq və üstəlik Hədiyyə ilə qarşılamaq istəyənlər üçün 999 AZN-ə 3 ay kredit imkanı ilə mebel təklif edilir. Aksiyanın bitmə tarixi dekabrın 31-dir.

Electrolux mağazasında da yeni ilqabağı aksiya var.  Electrolux GCB 24 Basic kombilərinə yeni il aksiyası tətbiq edilib. Aksiya 31-dək davam edəcək.

NEXT mağazalarında endirim dekabrın 25-də bitəcək. Endirim bütün məhsullara 30% olaraq tətbiq edilib.

Women'Secret mağazalarında da endirim var. Women’secret yeni kolleksiyasını 30% endirimlə təqdim edir. Aksiyadan yararlanmaq istəyənlər dekabrın 18-dək mağazaya baş çəksin.

LC Waikiki mağazalarında Yeni il qabağı endirimlər 25 dekabradək davam edəcək. Bütün məhsullara 50-dək endirim tətbiq edilib.

Ramsey mağazalarındakı yeni il öncəsi endiyim aksiyası 9-17 dekabr aralığında tətbiq edilir.  Hər ikinci mala 50% endirim vəd edilir.

Carlo Pazolini mağazalarında Payız-Qış 17/18 yeni kolleksiyasından olan qış çəkmələrinə 30% yeni il öncəsi endirimi tətbiq edilib. Endirimin  bitmə tarixi 18 dekabrdır.

Gallery gifts and flowers mağazalarında endirim 25 % olaraq tətbiq edilib. Aksiya 25 dekabradək qüvvədədir.

Optimal Electronics mağazalarında mebellər üçün "Yeni İl" endirimləri mövcuddur. Nağd şəkildə mebel aldıqda 1 məhsula 10%, 2 məhsula ümumi 15%, 3 məhsula isə ümumi 20% endirim olunacaq. Kampaniya 31.12.2017 tarixinə kimi qüvvədədir

İdeal mağazalar şəbəkəsinin də bütün mağazalarında “Bütün müştərilərə və bütün məhsullara 1+1 və 70%-dək ENDİRİM – Yeni İl Aksiyası” adlı endirim kampaniyası var. Aksiya 13 dekabr – 5 yanvar tarixlərində keçərlidir və Endirim, Smile, Retail və bütün növ Taksit kartları ilə alış-verişə şamil edilir.

Division mağazalarında da aksiya var. Epson SureColor SC-P6000 və ya Epson SureColor SC-P8000  alana hədiyyə olaraq 700 ml əlavə katric dəsti hədiyyə edilir. Kampaniya 4 yanvar 2018-ci ilə qədər qüvvədədir.

Papa Johns Pizza yeni il aksiyasını “Al və hədiyyə qazan” adlandırıb. 11 dekabrdan 10 yanvaradək aldığınız hər pizzanın ölçüsündə yenisini hədiyyə olaraq qazanacaqsınız. Aksiya mini-pizzalara şamil edilmir və hədiyyə pizza sifariş edilən pizzadan daha bahalıdır.

NEO tech Kompyuter Servis Mərkəzi xidmətlərində yeni il aksiyası tətbiq edib. Pulsuz diaqnostika, Noutbuk və Komputerlərin profilaktikasi – təmizlənmə və termopasta dəyişilməsi, format, proqram paketi, Esen nod32 antivirus cəmi 20 azn-ə təklif edilir. Kampaniya yanvarın 15-dək qüvvədədir.

No Limits Education –un Yeni il Aksiyası öyrənmək həvəsi olanlar üçün fürsət ola bilər. Belə ki General English - 70 yox 49 AZN, IELTS – 100 yox 70 AZN, Speak Up - 60 yox 39 AZN-ə təklif edilir. Tələbələrə əlavə olaraq Conversation Club Pulsuz təklif edilir. Aksiyada qeyd olunan qiymətlər aksiya müddətində qiymətdən keçənlər üçün hər ay keçərlidir. Aksiyanın müddəti dekabrın 30-dəkdir.

The Toy Store Azerbaijan da yeni il aksiyası elan edib. Hər bazar ertəsi, endirimdə və aksiada olan məhsullardan savayı, bütün məhsullara 10 % endrim elan edilir. Aksiya dekabr ayının 31-nədək qüvvədədir.

VTB bankın yeni il aksiyası plastik kartı olmayanlar üçün əlverişlidir. Yanvarın 31-dək pul köçürən müştərilərə Visa Classic kart hədiyyə olunur.

OXŞAR XƏBƏRLƏR