Azərbaycanda 5 otelimiz var - MÜSAHİBƏ

Azərbaycanda 5 otelimiz var - MÜSAHİBƏ
Xəbərlər 15 Dekabr 2017 12:33 647
Azərbaycanda 5 otelimiz var - MÜSAHİBƏ

Ölkəmizdə turizmə olan maraq yeni turizm şirkətlərinin fəaliyyətə başlamasına səbəb olub. Hazırda ölkə turizm bazarında çoxdan işləyən turizm şirkətləri ilə yanaşı yeniləri də sürətlə inkişaf etməkdədir.

Səyyah.az turizm portalı xəbər verir ki, turizm şirkətlərindən birinin şöbə direktoru olan Telman Hacıyev bu mövzu ilə bağlı sualları cavablandırıb.

2017-cı ili necə başa vurduz?

Turizm bazarında yeni şirkətin fəaliyyətə fevral ayında başlamışıq. Təzə şirkət üçün fikrimcə bütün işlər yaxşıdır.  İşlərimizin yaxşı getməsinə səbəb isə otellərimizin olmasıdır. Ölkə daxilində 5-dən çox otelimiz var. Əsas otellərimiz Qubada Cənnət bağı və Xızıdakı Cənnət bağı otelləridir. Həmçinin Mingəçevirdə yerləşən Ağsaray otel də bizim şirkətə məxsusdur. Bundan əlavə Bakıda otelimiz və hostelimiz həmçinin Astarada Şişdağ otelimiz var. Ölkə xaricində şirkət olaraq Antalyada Busida Beach adlı 5 ulduzlu otelimiz var. Kəmərdə yerləşir. Məhz bu otellərin hesabına işlərimiz yaxşı gedir.

2018-ci il üçün gözləntiləriniz nədir?

Keçmişə baxanda gözləntilərimiz zəifdir. Bunun da səbəbi var. Çünki dolların qalxması . Gəlirlərimizə olduqca mənfi təsir edib. İndi daha çox incoming-ə üstünlük veririk. Əvvəllər incoming yəni gələn turistlərin sayı az idi. İndi isə əksinə gələn turistlərin sayı çox olduğundan diqqətimizi bu istiqamətə yönəltmişik. Demək olar ki,bütün şirkətlər bu istiqamətdə qazanc əldə etməyə çalışırlar. Buna da səbəb Azərbaycan Mədəniyyət və Turizm Nazirliynin dəstəyi nəticəsində oldu. Belə ki, Ərəbistan da və digər ölkələrdə turizmimizin təbliği nəticəsində Azərbaycan ilə maraqlanan əcnəbi turistlərin sayı olduqca artdı. Hazırda bir çox körfəz ölkələrində Azərbaycan ilə bağlı çoxlu məlumatlar verilir.

Əcnəbi turistləri cəlb etmək üçün nə edirsiz?

Müştəri dedikdə biz ilk olaraq xarici ölkələrdə yerləşən karparat şirkətlərlə əlaqə qurururq. Danışıqlar aparırıq. Bundan sonra hər iki tərəfə sərfəli olarsa müqavilə imzalayırıq.

Yerli turistlərimiz ən çox hansı istiqamətlərə tur sifariş edirlər?

Ölkəmizdə hazırda qış istirahət mərkəzlərində mövsüm başlayıb. Hazırda çoxluq Şahdağ və Tufandağa üz tutacaq. Qışda yerli turistlərimiz xarici ölkələrə elə də çox  getmirlər. Əsasən yayda Antalyaya səfər edir turistlərimiz. Qışda isə əsasən Gürcüstana üz tuturlar.

Qışda ən ucuz tur hara olur? Xaricdə

Bu günki gündə qışda Şahdağda qalmaq istəsəz bu bir az çətin olacaq. Çünki Şahdağda otellər bahadır. Türkiyədə Uludağa getsəz orada bahadır. Çünki qış turizmin üçün elə  otel tikilməlidir ki, dözümlü olsun. Qış turizmi olan yerlərdə demək olar ki, 3-4 ulduzlu otellər yoxdur. Amma nisbət ilə nəzərə alsaq Bakurianin daha ucuz olduğunu görərik.

Sizi digər turizm şirkətlərindən fərqləndirən nədir?

Təbii ki, otellərimiz

Yeni İl ilə bağlı nə kimi kampaniyalarınız var?

Yeni ildə demək olar ki, kampaniya olmur. Bu ildə kampaniya etmək ümumiyyətlə çətindir. Çünki ötən illərlə müqayisədə qiymətlər bahalaşıb.

Ötən illə müqayisədə bu il daha çox hansı xarici istiqamətdə bahalaşma olub.?

Əslində bahala.ma 2-3 il bundan qabaq olub. Hazırda ölkə xarici ilə ölkə daxilindəki qiymətlər eynidir.

Bu il İstanbula Dubaya sifarişlər çox olub?

Keçən illə müqayisədə az müraciət olub

@fins 

OXŞAR XƏBƏRLƏR