İlisuda “SNOW TUBİNG” həyəcanı başlayır

İlisuda “SNOW TUBİNG” həyəcanı başlayır
Xəbərlər 15 Dekabr 2017 12:54 566
İlisuda “SNOW TUBİNG” həyəcanı başlayır

Qax rayonunda yerləşən “Snow Tubing Park” dekabrın 27-də mövsümün açılışını edəcək.

Səyyah.az turizm portalı travelnews.Az xəbər verir ki, Park Qax rayonundan 12 km məsafədə, ən yaxın oteldən isə 10 dəqiqəlik uzaqlıqda yerləşir.  İlisu kəndində tarixi abidə olan Sumuq qalanın ətrafında salınmış qış turizm əyləncə parkına giriş biletlərinin satışını İntourist Travel MMC həyata keçirir.

“Snow Tubing Park”a giriş 1 nəfər böyük üçün 1 günlük limitsiz olaraq 15 AZN, 1 nəfər uşaq (4-11 yaş) 10 AZN təşkil edir. 4 yaşınadək uşaqlara isə pulsuzdur.

Qeyd edək ki, “Snow Tubing Park” 2016-cı ildən fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR