Bakının məşhur “steak house”ları – QİYMƏTLƏR

Bakının məşhur “steak house”ları – QİYMƏTLƏR
Xəbərlər 15 Dekabr 2017 17:00 1853
Bakının məşhur “steak house”ları – QİYMƏTLƏR

 

Bakıda fəaliyyət göstərən “Steak House”ların sayı az olsa da, qiymətlər və servis menyusu bir-birindən fərqlənir.

 

Səyyah.az turizm və istirahət portalı FED.az-a istinadən paytaxtın “steak house”larındakı menyu və qiymətləri təqdim edir.

 

Steak ilə birlikdə kumpir də verilir – “Elvet Steakhouse”

Həsənoğlu küçəsində yerləşən “Elvet Steakhouse”da “steak”lər nazik və qalın olması ilə fərqlənir. Restorandan dedilər ki, “steak”in bir payının qiyməti 24 manatdan 80 manata qədər dəyişir. Burda “steak”lə bərabər qarnir olaraq kumpir də verilir. İki nəfər “Elvet Steakhouse”da iki pay qalın “steak”, yaşıl salat, təzə salat, turşu və iki ədəd kola sifariş etsə, maksimum 116 manat hesab ödəyəcək.

 

17 növ steak – “Mangal Steak House”

Bakının Aydın Nəsirov 3 ünvanında yerləşən “Mangal Steak House”da “steak”in 17 növü təqdim olunur. Buradakı “steak” qiymətləri də 14 manatdan 84 manata qədər dəyişir. “Mangal Steak House”da iki nəfər, qiyməti 48 manat olan “File Minyon” “steak”indən iki pay, əlavə olaraq çoban salatı, ispanaqlı göbələk qarniri, amazon bibəri sousu və iki nəfərlik “Berry Mojito” kokteyli sifariş etsə 130 manat civarində hesab ödəməli olacaq.

 

100 manata qədər “steak”lər – “M’eat Steak House”

Səməd Vurğun 25-də yerləşən “M’eat Steak House”da 15 cür “steak” var. Qiymətlər isə 29 manatdan 100 manata qədər dəyişir. “Steak”in yanında tərəvəz və ətin növündən asılı olaraq sous verilir. Burada iki nəfər iki pay “steak”, alkoqolsuz içki, təzə və yaşıl salat sifariş etsə, ortalama 150 manat hesab ödəyəcək.

 

“Steak” qiymətləri 21 manatdan başlayır – “Toro Steakhouse & Grill”

Atatürk prospektində yerləşən “Toro Steakhouse & Grill”də 6 növ “steak” verilməkdədir. Buradakı “steak” qiymətləri 21 manatdan 37 manata qədərdir. “Steak”in yanında seçimdən asılı olaraq qarnir və sous verilir. İki nəfər “Toro Steakhouse & Grill”də iki pay “steak”, qarnir, sous, yaşıl və təzə salat, alkoqolsuz içki sifariş etsə, təxminən 80-90 manat arası hesab verməli olacaq.

 

16 manata “steak” – “Harbour Tap & Grill”

“Port Baku”da yerləşən “Harbour Tap & Grill”də 2 növ “steak” verilir. “Medalyon” 16 manata, “Ribiay Steak” isə 39 manatadır. “Steak”in yanında qarnir, tərəvəz və kartof qızartması verilir. İki nəfər bu restoranda iki pay 16 manatlıq “steak”, salat, turşu, qarnir, tərəvəz, kartof qızartması və sifariş etsə 60-70 manat, iki pay 39 manatlıq “steak” ilə yuxarıda qeyd olunan menyunu sifariş etsə 100 manat hesab verməli olacaq.

OXŞAR XƏBƏRLƏR