“Tufandağ”-a tur – QİYMƏTLƏR

“Tufandağ”-a tur – QİYMƏTLƏR
Xəbərlər 16 Dekabr 2017 09:52 1405
“Tufandağ”-a tur – QİYMƏTLƏR

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin məqsədi ölkəmizdə il boyu dağ turizmini inkişaf etdirmək, yerli və xarici turistlərin yüksək səviyyəli istirahətini təmin etməkdir.

  Səyyah.az turizm portalı xəbər verir ki, kompleks turistlərə ilboyu kanat gəzintisi, qış mövsümündə müxtəlif mürəkkəblik səviyyəli yollarda xizəklə sürüşməyi, xizəklə sürüşmə təlimi, xizəkçilik məktəbi, iaşə xidməti (kafe, restoran), uşaq istirahət mərkəzi, mehmanxana və digər xidmətləri təklif edir. “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə başçəkmək istəyənlər isə Yes travelin təşkil etdiyi turdan faydalana bilərlər. Belə ki, adı çəkilən turizm şirkəti 16 manata Tufandağa tur təşkil edir. Tura nəqliyyat, səhər yeməyi, şirniyyatla çay süfrəsi, Professional Dj ilə diskoteka, fotosessiya, tur rəhbər, yol boyu əyləncəli oyunlar daxildir. Qeyd edək ki, qrup halında qatılan hər 11-ci şəxs turda ödənişsiz iştirak edə bilər.

OXŞAR XƏBƏRLƏR