"Palıdlı Sahil" istirahət mərkəzində şəkərli diabet xəstəliyi olan insanların sosial psixoloji adaptasiyası və müalicə kurslarına başlayırr. İstirahət Mərkəsindən seyyah.az-a verilən məlumata görə, sanatoriyada 14 gün ərzində belə xəstələrinin həyat tərzi, davranış qaydaları, müalicəsinin forma və metodları çap materiallarında və əyani şəkildə posientlərə çatdırılır.
Təmiz hava, rəngarəng terenkurlar, fizioterapevtik prosedurlar, idman hərəkətləri sağlamlığın bərpasına yönəlib. Dietik Lənkəran yeməkləri müəssisənin özünün heyvandarlıq fermasından və əkin sahələrindən ekoloji təmiz məhsullardan hazırlanaraq süfrəyə verilir.
Müalicə və profilaktik tədbirlər Səhiyyə Nazirliyinin baş endokrinoloqunun diqqəti altında keçirilir. Sanatoriyaya putyovkanın (yollayış) dəyəri: dövlət qeydiyyatında olan və diabet ictimai birliklərinin göndərişləri əsasında gələnlərə 40% güzəştlə hesablanır. Bütün şəraiti olan 2 nəfərlik kotteclərdə, yemək, dioqnostika və müalicə daxil olmaqla putyovkaların (yollayışların) bir günlük güzəştli qiyməti adambaşına orta hesabla 35 manat təşkil edir.