Şahdağ turu - QİYMƏTLƏR

Şahdağ turu - QİYMƏTLƏR
Xəbərlər 16 Dekabr 2017 10:15 1848
Şahdağ turu - QİYMƏTLƏR

Əsrlər boyu Azərbaycanın şimal-şərq hissəsi Avropa və Yaxın Şərq arasında qapı funksiyasını yerinə yetirib.

  Burada – möhtəşəm Qafqaz Dağlarının kölgəsində kəşf edilməmiş gözəlliklər gizlənir. Qədim buzlaqlar, dərin dərələr, heyrətamiz dağ gölləri və kanyonlar, bitki və heyvanlar aləminin ekoloji xəzinəsi… Bu, bütün cəh-cəlalı ilə Şahdağdır! İl boyu idmanla məşğul olmaq və istirahət etmək üçün çox əlverişli iqlimi olan Şahdağın -20°C soyuq qışı +20°C isti yay axşamları ilə əvəzlənir.Bu müqayisə olunmaz məkanda regionun ən böyük xizək istirahəti, dünyanın isə ən böyük milli parklarından biri yerləşir.Heyrətamiz dərəcədə gözəl, sanki zamandan gizlədilmiş cənnət olan Şahdağ insanlara unudulmayacaq təəssüratlar bağışlayır. Bildiyiniz kimi artıq 15 dekabrdan etibarən Şahdağda qış mövsümü açıq elan edilib. Səyyah.az turizm şirkəti xəbər verir ki, turizm şirkəti Şahdağa cəmi 15 manata tur təşkil edir. Tura nəqliyyat, səhər yeməyi, şirniyyatla çay süfrəsi, Professional Dj ilə diskoteka, fotosessiya, tur rəhbər, yol boyu əyləncəli oyunlar daxildir. Qeyd edək ki, qrup halında qatılan hər 11-ci şəxs turda ödənişsiz iştirak edə bilər

OXŞAR XƏBƏRLƏR