Rusiya və Misir arasında aviareyslər bərpa olunacaq

Rusiya və Misir arasında aviareyslər bərpa olunacaq
Xəbərlər 16 Dekabr 2017 10:28 103
Rusiya və Misir arasında aviareyslər bərpa olunacaq

Dekabrın 15-də Moskvada Rusiya və Misir arasında 2015-ci ilin payızında kəsilmiş aviasiya əlaqəsinin bərpasına dair sənəd imzalanıb.

Səyyah.az turizm portalı AZƏRTAC-a istinadən xəbər verir ki, hələlik söhbət Moskva və Qahirə arasında müntəzəm aviareyslərin bərpasından gedir. Rusiyanın nəqliyyat naziri Maksim Sokolovun sözlərinə görə, əgər hər hansı neqativ hadisə baş verməzsə, uçuşlar 2018-ci il fevralın birinci yarısından başlaya bilər. Nazir “Rossiya 24” telekanalına müsahibəsində bildirib ki, Misirin kurort şəhərləri olan Şarm-əş Şeyx və Xurqadaya çarter reyslərinin bərpası məsələsinə gələn il baxılacaq.

Xatırladaq ki, Rusiya Misirlə aviasiya əlaqəsini 2015-ci ilin noyabrında Şarm-əş Şeyxdən Peterburqa uçan təyyarənin Sinay üzərində qəzaya uğramasından sonra dayandırmışdı. Qəza nəticəsində “Koqalımavia” kompaniyasına məxsus laynerin göyərtəsindəki 217 rusiyalı turistin və 7 ekipaj üzvünün hamısı həlak olmuşdu. FTB sonradan bu hadisəni terror aktı kimi təsnifatlaşdırmışdı.

OXŞAR XƏBƏRLƏR