Nizami Kino Mərkəzində Yeni İl şənliyi – 10 MANAT

Nizami Kino Mərkəzində Yeni İl şənliyi – 10 MANAT
Xəbərlər 16 Dekabr 2017 20:42 1046
Nizami Kino Mərkəzində Yeni İl şənliyi – 10 MANAT

Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni Tərbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə Mərkəzi tərəfindən Nizami Kino Mərkəzində 30-31 dekabr 2017-ci il və 1 yanvar 2018-ci il tarixlərində (hər gün 4 seans olmaqla) Yeni İl şənlikləri təşkil olunacaq. Yeni il şənliyində uşaqların əyləncəsinə rəng qatacaq bir-birindən maraqlı rəqslər, musiqilər və sürprizlər olacaq. Uşaqları yeni ilin personajları Şaxta baba və Qar qız təbrik edəcək. Yeni il şənliyində tanınmış estrada ulduzları iştirak edəcək.

 

Şənliyin sonunda uşaqlara hədiyyələr təqdim ediləcək.

Əyləncəli-hədiyyəli tədbirinin biletlərinin qiyməti 10 manatdır.

OXŞAR XƏBƏRLƏR