İki illik fasilədən sonra Dubaya ekstrimal ziplayn qayıdır.
XLine, adı alan ziplaynın əvvəlkindən fərqli olaraq iki dəfə daha uzun və iki dəfə sürətli olacaq. Bundan öncəki ziplayn 2015-ci ildə quraşdırılmışdı və uzunluğu 558 metr idi. O zamanki ziplayn Bürc xəlifənin yanında yerləşən fontanın üzərindən keçirdi. Platformanın hündürlüyü 90 metr idi. XLine Dubai Marina adını alan yeni ziplaynın hündürlüyü 170 metrdi. Yeni xətt ilə hərəkət edən ziplayn həvəskarlarının saatda sürəti 80 kilometrə çatır. Həmçinin ziplaydan istifadə zamanı başa geyinilən xüsusi cihaza kamaera da quraşdırılır.