Ölkəmizdə Yeni İli keçirə biləcək yerlərdən biri də Qalaaltıdır. Bura Azərbaycanın balneoloji kurortudur.
O dəniz səviyyəsindən 1000 m hündürlükdə Böyük Qafqazın mənzərəli dağ ətəklərində yerləşir. Hal-hazırda da yeni il əhval ruhiyyəsi getdikcə artmağa başlayıb, çünki son 13 gün qalıb. Səyyah.az turizm portalının məlumatına görə adı çəkilən məkana getmək üçün isə təşkil edilən turun qiyməti isə aşağıdakı kimidir.
Tur 31 dekabr-3 yanvar tarixlərini əhatə edəcək. QALAALTI HOTEL 5* Yeni İL Kompaniyası 3 gecə 4 gün 2 nəfərlik Kotej otağları : 1350 manat 2 nəfərlik otel otağı - 1850 manat Qiymətə daxildir; 3-Gecə 4 gün oteldə gecələmə 3 dəfə qidalanma Hovuzdan istifadə (Açiq və qapali) Fitness mərkəzi Sauna,Türk Hamamı Yeni il Qala Gecəsi Gecənin Ulduzları: Sevda Yahyayeva, Çingiz Mustafayev, Zenfira İbrahimova olacaqlar. Məlumat üçün bildirək ki, Yeni İl şənliyinə DJ şou, atəşfəşanlıq "Şaxta baba və Qar qızı" dan hədiyyələr, uşaqlar üçün Buz Kraliçası tamaşası (Animatorla və şən klonlar) daxildir. 6 yaşa qədər 1 uşaq ödənişsizdir.