Kralların istirahət etdiyi məkana tur – QİYMƏTLƏR

Kralların istirahət etdiyi məkana tur – QİYMƏTLƏR
Xəbərlər 19 Dekabr 2017 10:49 1147
Kralların istirahət etdiyi məkana tur – QİYMƏTLƏR

Dünyanın ən elit xizək məkanı – “Courchevel”Fransa Alplarında Les Trois Vallees-də Üç vadiadlanan Saint Bon vadisində yerləşir. Dünyanın ən uzun xizək cığırları məhz buradadır. Xizək cığırlarının ümumi uzunluğu 600 km-dir, ən uzun xizək cığırının uzunluğu isə 120 kmdir.

 

Səyyah.az turizm portalı xəbər verir ki, dünyanın ən yaxşı xizək kurortu hesab olunur, digər xizək kurortlarından fərqli olaraq bütün növ əyləncələrin, gecə həyatının ən yaxşısı burada toplandığı üçün bura Fransanın qış San Tropesi deyirlər. Hong Kong, Kann və Tokiyo kimi şəhərlərlə birlikdə dünyanın ən bahalı 6 məkanı sırasına girir.

 

Buna görə də George Clooney, Roman Abramoviç, Leonardo di Caprio, Armani və Mərakeş kralı kimi bir çox məşhur adlar qış tətillərini məhz burada keçirirlər. Hətta gəzən şayələrə görə Abramoviç buranı o qədər çox bəyənib ki, bütün kurort mərkəzini almaq istəyib.

 

Mərkəzdə gəzərkən və ya xizəklə sürüşərkən bir andaca ətrafınızda tanınmış bir iş adamını, aktyoru və ya idmançını görə bilərsiniz. Məşhur formula 1 pilotu Şumaxer də məhz 3 Vadinin digər vadisi Meribeldə qəza keçirib.

 

Xizək mərkəzi 1300-1850 metr hündürlüklər arasında yerləşir və bu hündürlüyə görə 3 kiçik şəhərə Courchevel 1550, Courchavel 1650 və Courchavel 1850 adları verilib. Təbii olaraq hündürlük artıqca otel və xidmətlərin qiyməti də ona uyğun olaraq artır. Amma Courchevelin bütün qəlbi əlbəttə ki, 1850 də döyünür. 1850-də gəzərkən ətrafı yalnız Prada, Bvlgari, Chanel, Luois Vuitton və s. kimi şıq brendlərin butikləri bəzəyir.

 

Qış fəslini və Yeni ili maraqlı keçirtmək istəyənlər , Turizm şirkətlərindən birinin yaratdığı fürsətlərlə Fransa ərazisində yerləşən La Tania Courchevel-ə üz tuta bilərlər. CourcheveL Turu Tarix: 28 Dekabr-04 Yanvar Qiymət-3580 manat (2 nəfərlik otaqda 1 nəfərin qiyməti) Qiymətə daxildir: Otel 7 gecə 8 gün, aviabilet, səyahət sığortası

OXŞAR XƏBƏRLƏR