Məşhur online bronlama sistemi Booking.com pilot lahiyə olaraq yeni sistemi işə salıb.
Səyyah.az turizm portalı xəbər verir ki, yeni yaradılmış çat-bot süni intellekt əsasında çalışır. İngilis dilində olan Booking Assistant hələ ki, yalnız ingilis dilində işləyir. Yeni xidmətdən Booking.com saytından və Facebook mesengerində yararlanmaq olar. Hazırda proqramın alqoritmi verilən sualların 30%-nə cavab verməyə imkan verir. Cavablar otellərin ödənişi, müvəqqəti yerləşdirilmə, səyahət tarixinin dəyişdirilməsi, bronun ləğv edilməsi, nəqliyyat xidmətləri və digər bu kimi suallara cavab verir. Proqram suala cavab verə bilmədiyi zaman proqrama dəstək xidmətinin işçiləri bir başa sual verən şəxsin inboxuna cavab göndərirlər. Booking.com rəsmiləri bildiriblər ki, sual verənlərin əksəriyyəti üçün cavab verənin insan və ya proqram olduğu maraqlandırmır. @fins