Qətərdə tikiləcək otelin yarısı suyun altında olacaq- fotolar

Onun yerin üstündə olan hissəsində yaşayış kompleksi, ofislər, yaxtalar üçün dayanacaq planlaşdırılır
Xəbərlər 29 Avqust 2014 00:00 1121
Qətərdə tikiləcək otelin yarısı suyun altında olacaq- fotolar

 

İtaliyanın “Giancarlo Zema Design Group” kompaniyasının layihəsi ilə hazırlanan innovativ otel layihəsi memarlıq incilərindən sayılır.


Qətərdə inşası nəzərdə tutulan və “Amphibious” adlanan otelin yarısı suyun altında qalacaq. Onun yerin üstündə olan hissəsində yaşayış kompleksi və ofislər, eləcə də yaxtalar üçün dayanacaq planlaşdırılır. Burada həmçinin şəhərə və dənizə gözəl mənzərəsi olan restoran da tikiləcək.


Layihəyə görə, otelin sualtı hissəsi daha maraqlı və rəngarəng olacaq. Dəniz həyatına həsr olunacaq muzey, iri akvariumlar, sualtı şüşə tunellər turistlərə xoş təəssüratlar bəxş edəcək. 

AzərTac

OXŞAR XƏBƏRLƏR