Şerlok Holms muzeyi açılır

Şerlok Holms muzeyi açılır
Xəbərlər 20 Dekabr 2017 09:31 467
Şerlok Holms muzeyi açılır

 

2018-ci il yanvarın 6-da, Şerlok Holmsun doğum günündə Riqada bu məşhur ədəbi qəhrəmanın nadir minimuzeyi açılacaq.

Səyyah.az turizm portalı Azərtaca-a istinadən xəbər verir ki, muzey ekspozisiyası iki ən məşhur kinoholmsun – Vasili Livanov və Benedikt Kemberbetçin otaqları şəklində təqdim olunacaq.

Bu, kino ekranlarında ən yaxşı holmsların xarakterini açan dünyada ilk ekspozisiya olacaq. Otaqlarda interyer və rekvizit əşyalarından əlavə, çoxlu artefaktlar, həmçinin muzeyə gələnlərin filmlərə aid biliklərdən istifadə edərək, araşdırıb tapa biləcəkləri sirli, müəmmalı məqamlar olacaq.

OXŞAR XƏBƏRLƏR