Onlar dahilərin evində böyüdülər - FOTO

Onlar dahilərin evində böyüdülər - FOTO
Xəbərlər 20 Dekabr 2017 09:36 553
Onlar dahilərin evində böyüdülər - FOTO

 

 

 

 Səyyah.az turizm portalı Kulis.az-a istinadən, məşhur yazıçıların övladlarını təqdim edir.

 

 

Aleksandr Puşkin - Aleksandr Puşkin

Dahi şairin son nəvəsi. Belçikada yaşayır. Uzun müddət “Alcatel”də mühəndis kimi işləyib.

Viktoriya Tolstoy - Lev Tolstoy


Tolstoy təkcə möhtəşəm əsərlər deyil, həm də çoxluca nəvə qoyub getdi bu dünyadan. Onların arasında ən populyarı – cazmen Viktoriya Tolstoydur. Viktoriyanın məşhur ləqəbi də var: “Caz Xanım”.

Dmitri Dostoyevski - Fyodor Dostoyevski


Böyük yazıçının nəvəsi. Dostoyevski kimi yazıçı deyil. Ümumiyyətlə, Dostoyevskinin nəvələri ədəbiyyatla məşğul deyillər. Dmitri tramvay sürücüsüdür. Amma tramvay sürməkdən başqa 20 ixtisasa yiyələnib.

Dri Heminquey - Ernest Heminquey


Heminqueyin nəticəsi. Aktrisa Mariel Heminqueyin qızı. Dri anasının yolunu davam etdirib. Eyni zamanda, bu gözəl qız fotomodel kimi də uğur qazanıb.

Ternel Ebbot - Cek London


Nəvəsidir. Vəkildir. Ömrünü insan hüquqlarının müdafiəsinə həsr edib.

Harri Lloyd - Çarlz Dikkens


Harri Llyod Dikkensin kötücəsi. Məşhur “Game of Thrones” serialının aktyorudur.

Adrian Konan Doyl – Artur Konan Doyl


Adrian atasının kölgəsində qalmaq istəmədi. İstəmədi ki, onu Artur Konan Doylun oğlu kimi tanısınlar. Qələmini sınadı, atası haqqında bioqrafiya yazdı, müxtəlif hekayələrlə çıxış elədi. Hətta atasının məşhur Şelok Holms süjetini davam etdirdi.

Rodriqo Qarsiya - Qabriel Qarsiya Markes


Nobelli yazıçının oğludur. Ssenarist, operator, rejissor. Kann festivalında mükafat qazanmış “Qadın sirri” filminin rejissoru Rodriqo atası kimi məşhurdur.

Met Selincer - Cerom Devid Selincer


Məşhur yazıçının uşaqları onun özünə bənzəməyiblər. Mətbuatdan qaçmırlar, gizlənmirlər, uzun müddət tənhalığa çəkilmirlər. Qızı atası haqqında kitab yazıb. Oğlu Met isə aktyor kimi fəaliyyət göstərir.

Denni Karapetyan - Rey Bredberi


Bredberinin nəvəsi ədəbiyyatdan yan keçib kinoda ayaq saxladı. Rejissor köməkçisi, dizayner kimi fəaliyyət göstərib. Daha sonra bir filmdə rol alıb. Titrlərdə babasının adını daşıyırdı.

OXŞAR XƏBƏRLƏR