2017-ci ilin ən populyar filminin adı məlum olub.
Səyyah.az turizm portalının məlumatına görə, internetdə keçirilən sorğu əsasında bu ada Cordan Pilin “Uzaqlaş” qorxu filmi layiq görülüb. İkinci yerdə Maykl Şouolterin “Sevgi xəstəlikdir”, üçüncü yerdə Kristofer Nolanın “Dünkerk” filmləri qərarlaşıb. Bundan başqa, ilk onluqda “Möcüzə- qadın”, “Ledi Börd”, “Loqan”, “Ulduz müharibələri: Son cedaylar” filmləri yer alıb. @Fins.az