Quba otellərinin Yeni İl vəziyyəti - QİYMƏTLƏR - BOŞ YERLƏR – ARAŞDIRMA

Quba otellərinin Yeni İl vəziyyəti - QİYMƏTLƏR - BOŞ YERLƏR – ARAŞDIRMA
Xəbərlər 20 Dekabr 2017 22:33 1237
Quba otellərinin Yeni İl vəziyyəti - QİYMƏTLƏR - BOŞ YERLƏR – ARAŞDIRMA

Yeni İl bayramına artıq 10 gün vaxt qalıb.

Bu bayramı fərqli yerdə qeyd etmək istəyən paytaxt sakinləri istər ölkə xaricində istərsə də ölkə daxilində qonaq olmaq istədikləri otellərdə nömrələri artıq bron ediblər. Ölkəmizdə hər il qış mövsümündə ən çox qonaq qəbul etəllərdən biri də Quba bölgəsidir. Bəs görəsən bu il üçün Qubada otellərin doluluq səviyyəsi nə qədər olacaq? Turizm.fins.az bu suala cavabı elə otellərin özündən öyrənib. Belə ki, aparılan araşdırma zamanı bəlli olub ki, Qubada yerləşən otellərdə doluluq səviyyəsi 70-80% arasında dəyişir.

Rixos Quba

Oteldən verilən məlumata görə, nömrələrin əksəriyyə bron edilib. Mehmanxanadan bildirdilər ki, cəmi 10-15 otaq hələ ki, bron edilməyib. Həmçinin o da bildirildi ki, otelin qonaqlarının 90-95% yerli turistlərdi.

Holiday Village Quba

Oteldən verilən məlumata görə, 31 dekabr - 2 yanvar tarixlərində mehmanxana Yeni İl illə bağlı kampaniya keçirilir. Belə ki, bu zaman otel bron edənlər adambaşına 260 manat ödəməli olacaqlar. Bu qiymətə Yeni İl qala gecəsi, 1 axşam 3 səhər yeməyi daxildir. Həmçinin qonaqlar otelin hər gün təşkil etdiyi əyləncəli gecə tədbirlərinə ödənişsiz qalmaq hüquqları olur.

Şahdağ Quba Hotel and Spa

Adı çəkilən oteldən bildirdilər ki, mehmanxanada kifayət qədər boş nömrələr var. Oteldə standart nömrələrin adambaşına qiymə 449 manatdır. Bu qiymətə qonaqlar oteldə 2 gecə 3 gün qonaqlaya bilərlər. Həmçinin Yeni İl hədiyyəsi olaraq qonaqlara bir gün də ödənişsiz qalmaq icazəsi verilir. Göstərilən qiymətə 1 gecə 3 gün səhər yeməyi və qala gecəsi daxildir.

Quba Retro otel

Oteldə 31-1 tarixlərinə boş yerin qalmadığı bildirildi. Oteldə qonaqlama qiymətlərinə gəlincə isə standart otaqlarda 2 nəfərin qonaqlama qiymə 100 manatdır. Bu qiymətə səhər yeməyi və qala gecəsi daxildir.

Edem otel

Edem oteldə bayram günlərinə az da olsa boş otaqların olduğu bildirildi. Mehmanxanada 2 nəfərlik standart otaqda bir nəfərin qonaqlaması 85 manatdır. Bu qiymətə qala gecəsi və səhər yeməyi daxildir.

Aynur istirahət mərkəzi

İsrahət mərkəzindən bildirdilər ki, boş yerlər yalnız standart otaqlarda qalıb. İki nəfərlik standart otaqların qiymə isə 260 manatdır. Bu qiymətə 2 dəfə şam yeməyi, qala gecə və hər gün səhər yeməyi daxildir. İsrahət mərkəzində 4 nəfərlik VİP koeclərin qiyməsi isə min manatdır.

Məstərgah istirahət mərkəzi

İsrahət mərkəzindən bildirdilər ki, Yeni İl bayramına bütün otaqlar bron edilib. Adı çəkilən mehmanxanada iki nəfərlik otaqların qiymənə gəlincə isə 120 manat olduğu söylənildi.

Quba Cənnət bağı

İsrahət mərkəzində az da olsa bayram günlərinə boş yerlərin olduğu bildirildi. Oteldə bayram günləri qonaqlamaq qiymətləri isə 270 manatdır. Bu qiymətə qala gecəsi və səhər yeməyi daxildir.

@fins.az

OXŞAR XƏBƏRLƏR