Naxçıvan - Məşhəd qatarı yenidən fəaliyyətə başlayacaq - TARİX

Naxçıvan - Məşhəd qatarı yenidən fəaliyyətə başlayacaq - TARİX
Xəbərlər 21 Dekabr 2017 09:58 504
Naxçıvan - Məşhəd qatarı yenidən fəaliyyətə başlayacaq - TARİX

Naxçıvan - Məşhəd qatarı 2018-ci ilin əvvəlindən yenidən fəaliyyətə başlayacaq.

Səyyah.az turizm portalı xəbər verir ki, bu, İran İslam Respublikasının Dəmir Yolları Təşkilatının mətbuat xidmətinın açıqlamasında bildirilir.

Məlumata görə, Məşhəd -Naxçıvan qatarının yenidən  fəaliyyəti üçün bu gün Tehranda İran Dəmir Yollar Təşkilatının  sərnişinlərə xidmət üzrə idarə rəhbəri  ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəsmiləri arasında görüş keçirilib. Görüşdə Naxçıvan -Məşhəd dəmir yolu sərnişin qatarında vaqonlarda  sərnişinlərə xidmət, məlumatların mübadiləsi və biletlərin  satışının təşkili kimi məsələlər müzakirə olunub.

Naxçıvan -Məşhəd dəmir yolu xəttinin uzunluğu Naxçıvandan İranın Culfa şəhərinə kimi 45 km, Culfadan Məşhəd şəhərinə kimi isə 1700 kilometrdir.  \APA\

OXŞAR XƏBƏRLƏR