Macarıstanın aşağıbüdcəli aviaşirkəti “Wizz Air” Kutaisidən Latviyanın paytaxtı Riqaya yeni reysini istifadəyə verir.
Səyyah.az turizm portalı xəbər verir ki, Riqaya uçuşlar 2018-ci il martın 25-dən başlayacaq. Biletlərin start qiyməti 20 avrodan başlayır və artıq şirkətin saytından bron etmək mümkündür.
Uçuşlar həftədə iki dəfə olmaqla – çərşənbə və şənbə günləri gerçəkləşdiriləcək. @sey-yah