Oksford Universiteti hotel olacaq

Günü 158 dollar olan hoteldə insanlar istərahət edəcək və qədim universitetin tarixi ilə tanış olacaqlar
Xəbərlər 30 Avqust 2014 00:00 1566
Oksford Universiteti hotel olacaq
Qurulma tarixi XI əsrə gedib çıxan İngiltərənin ən qədim ali təhsil Oksford Universitetinin rəhbərliyi qeyri-adi addım atıb. 
 

Belə ki, universitet bir binasını hotel kimi istifadə etmək qərarına gəlib. Təhsil ocağının korpuslarından biri 300 nəfərlik yataqla təmin olunaraq ziyarətçilərin istifadəsinə verilib. Bir günü 158 dollar olan hoteldə insanlar həm istərahət edəcək, həm də qədim universitetin tarixi ilə tanış ola biləcəklər.

Qeyd edək ki, hotel xidməti oktyabrın 12-nə, yəni, tədris ilinin başlanacağı günə qədər davam edəcək

zaman.az

 

OXŞAR XƏBƏRLƏR