"Yay istirahət mövsümü artıq sona yaxınlaşır. Seyyah.az-ın müşahidələri göstərir ki, bu il Azərbaycanda istirahət və səyahət həvəskarlarının sayı daha çox olub. Dəqiq rəqəmlər yəqin ki, bir qədər sonra məlum olacaq, amma bu mövsüm yaxınları və dostları ilə ölkə daxilində və xaricdə istirahət edənlərin sayı əvvəlki illərə nisbətən nəzərəçarpacaq dərəcədə artıq olub. Ölkənin istirahət-əyləncə mərkəzləri, eləcə də hotelləri və turizm şirkətləri müştərilərin qıtlığından şikayətlənməməlidirlər. Bəs müştərilər necə, onlara göstərilən xidmətlərin səviyyəsindən razı qalıblarmı? Ölkə vətəndaşları qiymətləri o qədər də ucuz olmayan istirahət obyektlərində, eləcə də turizm şirkətləri və iaşə obyetklərində gözlədikləri və istədikləri səviyyədə xidmət ala biliblərmi? Buradakı qiymətlər və xidmətin səviyyəsi onları qane edibmi?
Bununla əlaqəar olaraq səyyah.az turizm portalı oxucularına müraciət edərək onları öz təəssüratlarını bölüşməyə, istirahət obyektlərində və turizm şirkətlərindəki xidmətin səviyyəsi, onları qane edən və etməyən hallar barədə məlumat verməyə dəvət edir. Ümid edirik ki, bu, ölkə vətəndaşların ayrı-ayrı istirahət obyktləri, hotellər və turizm şirkətləri barədə daha dəqiq məlumat almasına və səyahətə gedərkən düzgün seçim etməsinə kömək edəcək. Xidmətlər barədə məlumatların yayılması turizm sektorunun nümayəndələri üçün də faydalı olmalıdır. İstirahət mərkəzləri, hotellər və turizm şirkətləri bu məlumatlar vasitəsilə icimai rəyi, xüsusilə də müştərilərinin onlara münasibətləni öyrənəcəklər. Bununla da istehlakçıları qane etməyən səbəbləri aradan qaldıra, xidmət səviyyəsini yüksəldə biləcəklər.
Buna görə də seyyah.az bütün istirahət həvəskarlarını təəssüratları ilə bölüşməyə dəvət edir: "İstirahətdən razı qaldınızmı?" Bunun üçün info@seyyah.az ünvanına http://seyyah.az/1/contact, eləcə də saytımızın Facebook səhifəsinə (https://www.facebook.com/pages/Seyyahaz/518183341595671?fref=ts) müraciət etmək kifayətdir.