Bakı-Naxçıvan aviareysi təxirə salınıb

Bakı-Naxçıvan aviareysi təxirə salınıb
Xəbərlər 22 Dekabr 2017 10:19 567
Bakı-Naxçıvan aviareysi təxirə salınıb

 

Səyyah.az turizm portalı xəbər verir ki, bu barədə FED.az -a “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilib.

“AZAL aviaşirkətinin bu gün səhər saat 08:12-də Bakıdan Naxçıvana uçan J2 251 reysi Naxçıvan Hava Limanında hava şəraitinin kəskin pisləşməsi (duman və məhdud görüntü) ilə əlaqədar olaraq Heydər Əliyev Hava Limanına qayıdıb”, - deyə məlumatda bildirilir.

Məlumata görə, reyslərin qəbulunun mümkünlüyü haqqında təyinat aeroportundan müvafiq təsdiq alındıqdan sonra reys yenidən yola düşəcək.

OXŞAR XƏBƏRLƏR