İstanbulun ardınca bu şəhərdə də bayram şənlikləri ləğv edildi

İstanbulun ardınca bu şəhərdə də bayram şənlikləri ləğv edildi
Xəbərlər 22 Dekabr 2017 11:23 654
İstanbulun ardınca bu şəhərdə də bayram şənlikləri ləğv edildi

Avstraliyanın Melburn şəhərində bu gün baş vermiş avtomobillə hücumdan sonra şəhər rəhbərliyi Milad bayramı ilə bağlı tədbirləri ləğv etdiyini açıqlayıb.

Səyyah.Az turizm portalı Trend-ə istinadən xəbər verir ki, bütün şəhər boyunca nəzərdə tutulmuş işıq şoularının ləğv edilməsi barədə qərar qəbul edilib. Yeni il bayramı qeyd edilib-edilməməsi ilə bağlı qərar hələ ki, verilməyib.

Qeyd edək ki, Melburnda bu gün naməlum şəxs avtomobili piyadaların üstünə sürüb.Hadisə nəticəsində 15 nəfər yaralanıb.

Polis insidentin terror aktı olduğunu bildirib. Hücumla bağlı 2 nəfər saxlanılıb.

OXŞAR XƏBƏRLƏR