Uşaqlar üçün ən əyləncəli yeni il şənlikləri - QİYMƏTLƏR

Uşaqlar üçün ən əyləncəli yeni il şənlikləri - QİYMƏTLƏR
Xəbərlər 25 Dekabr 2017 00:30 3769
Uşaqlar üçün ən əyləncəli yeni il şənlikləri - QİYMƏTLƏR

Yeni İli hər kəs sevir, lakin bu bayramı hamıdan çox gözləyən əlbəttə ki balacalardır.

 

Onlara bayram əhval ruhiyyəsi yaratmaq üçün tədbir axtarışındasınızsa, çox axtarmağa dəyməz.

 

Seyyah.az turizm və səyahət portalı Sizin üçün paytaxtın ən gözəl uşaq bayram tədbirlərinin siyahısını toplayıb. 

 

Qoy bu Yeni il balacalara çoxlu şənlik gətirsin! Beləliklə, başlayırıq: 

Qafqaz Business Center

Valideyn və uşaqlar üçün Yeni İl şənliyi

24 və 25 dekabr tarixlərində Qafqaz Business Center bütün valideynləri və uşaqları Ailəvi Yeni İl Şənliyinə dəvət edir. Şənlikdə uşaqların çox sevdiyi müasir cizgi film qəhrəmanları – Şahzadə Sofiya, Asteriks, Şrek, Fiona, Batman, SpongeBob, Monstrhigh, Winx, eləcə də Nickelodeon və Disney kanallarının sevimli personajları və əlbəttə ki, bayramın əsas simvolları Şaxta Baba və Qar Qızı iştirak edəcək. Sevimli qəhrəmanların kostyumlarını geyinmiş nağıl animatorları ən balacalar və valideynləri, həmçinin ibtidai sinif şagirdləri üçün unudulmaş şənlik keçirəcək. 

Şaxta Baba və Qar Qız uşaqlara şən və əyləncəli oyunlar, müsabiqələr, müasir və coşdurucu rəqslər, mahnılar hazırlayır, eləcə də qonaları animatorların iştirakı ilə peşəkar şou və parodiyalar, həm uşaqlar, həm də valideynlər üçün viktorinalar, peşəkar DJ iştirakı ilə diskoteka və ən nəhayət, Şaxta Babanın özündən Yeni İl hədiyyələri gözləyir. Bundan başqa, qonaqlar üçün xatirə fotosessiyası da təşkil olunacaq (biletin qiymətinə daxil deyil). 

Seanslar: 12:00, 14:30, 17:00. 
Biletin qiyməti: 1 nəfər üçün 35 AZN, valideyn və ya uşaq olmağından asılı olmayaraq. 
Yaş məhdudiyyəti yoxdur. 
Biletə daxildir: İsti yemək, içkilər, Yeni İl hədiyyələri. 

Menyu: 
Uşaq menyusu: (Paytaxt salatı, çoban salatı, naqets, kartof fri, içkilər) 
Valideyn menyusu: (Kiyev kotleti, qızardılmış toyuq, kartof fri, plov. Manqalda tərəvəzlər, içkilər). 

Yerlər məhduddur, biletləri əldə etməyə tələsin! Qeyd edək ki, biletlər qaytarılmır və dəyişilmir.

 

Sea Breeze

Uşaqlar üçün sehirli Yeni il tamaşası

Əziz valideynlər, 2 və 3 yanvar saat 12:00-da Sea Breeze-də uşaqlar üçün sehirli Yeni İl tamaşası nümayiş olunacaq. Tamaşanın qonaqları Disney qəhrəmanları və əlbəttə ki, Şaxta Baba ilə Qar Qız olacaq. 

Sizi Mr. White Oleg tərəfindən əyləncəli proqram, oyunlar, köpük şousu, şar şousu, ən əsası isə Şaxta Baba və Qar Qız-dan hədiyyələr gözləyir. 

Giriş uşaqlar üçün — 35 AZN
Valideynlər üçün giriş — pulsuzdur. 

 

MariVanna Baku

MariVanna-dan uşaqlar üçün möcüzəli Yeni il bayramı

MariVanna-nın Yeni il üçün balacalar üçün nə hazırladığını açıqlamağın vaxtı gəlib çatdı. Yanvar ayının 3-ü və 4-ü saat 18:00-da MariVanna kafesində uşaqlar üçün Yeni İl şənliyi keçiriləcək. Uşaqlar bir-birilə oyun oynayacaq, rəqs edəcək və Rus Dram Teatrının aktyorlarının hazırladığı bayram tamaşasına baxacaqlar. 

Tamaşada uşaqların bayram hədiyyələrinin oğurlanması, Yeni İl bayramının necə geri qaytarılması və əsl cırtdanın hekayəsi barədə danışılacaq. Özünü yaxşı aparanlar isə əlbəttə ki, Şaxta baba və Qar Qızdan hədiyyələr qazanacaq. 

Biletin qiyməti — 45 AZN. Yerlər məhduddur, ona görə mütləq öncədən qeydiyyatdan keçin. 
Unutmayın ki, möcüzə ona inandığınız müddətdə vardır!

Barin Restaurant

Balacalar üçün Yeni İl şənliyi

Moms&Kids klubu yanvarın 2-i saat 11:00-da sizi Barin restoranına balacalar üçün Yeni İl şənliyinə dəvət edir. Sizi interaktiv bayram, Maşa və Ayı nağılı, mədəni-əyləncə proqramı və maraqlı şou gözləyir. Balacalar oyuncaq düzəldib, Şaxta Babanı qarşılayacaqlar. 

Yaş: 2+. 
Qiymət: 50 AZN (ana və uşaq üçün). Qiymətə açıq bufet: fri kartofu, naggetslər, hot-dog, pizza, maffin, peçenye daxildir. 

Qafqaz Point Hotel

Qafqaz Point Hotel-də uşaqlar üçün Yeni il şənliyi

Qafqaz Point Boutique Hotel 23 dekabr saat 11:00-da uşaqlar üçün təşkil etdiyi Yeni il şənliyinə bütün valideynləri və uşaqları dəvət edir. 

Biletə daxildir: 
Uşaq menyusu; 
Yeni il bağlama hədiyyəsi; 
Maraqlı viktorinalar; 
Şaxta baba və Qar qız; 
Mikcey & Mini mouse; 
Tom & Jerry; 
Vinyamin şou; 
Sehrbaz; 
Valideynlər üçün çay süfrəsi. 

Bir biletin dəyəri 25 AZN. Biletləri Qafqaz Point Boutique Hotelindən əldə edə bilərsiniz. 

Akademik Milli Dram Teatrı

Uşaqlar üçün Yeni İl tamaşası

Yeni İl münasibətilə Akademik Milli Dram Teatrında 23, 24, 28, 29, 30, 31 dekabrdan yanvarın 7-dək hər gün dörd seansda uşaqlar üçün Yeni İl şənlikləri təşkil olunacaq. Şənlikdə "Rəqs edən pinqvinlər" adlı tamaşa da nümayiş olunacaq. 
Seanslar saat 11:00, 13:00, 15:00 və 17:00-da keçiriləcək. 

Biletləri şəhərin bütün kassalarından əldə etmək olar.

Buta Palace

"Sehrli Buta" Möcüzələr gecəsi

Sehirlə dolu Yeni ili uşaqlarınızla Buta palace-da keçirin! Buta palace konsert və əyləncə kompleksində sizin uşaqlarınızı gözəl qış nağıllar ölkəsinə səyahətə aparacaq. Orada bütün arzular çin olacaq, çoxlu sürprizlər və hədiyələr, ölkəmizin ən gözəl, ən peşəkar aktyorları, Buta Palace-in profesional aşbazlarının ləziz təamları gözləyir. 

Yalnız Buta Palace-da övladınız nağıllar aləminə düşüb, bütün möcüzələrə inanacaq. 
Buta Palace-ın Yeni il şənliyi – bayramın əsas qəhrəmanları olan Şaxta babavə Qar qızla, həmçinin Şahzadə Elza, Doktor Aybolit, ölməz Koşey, Şreder, Minyonlar, Optimus Praym Transformeri, Buz kraliçası və digər nağıl-tamaşanın qəhrəmanları ilə tanışlıq deməkdir. 

Buta Palace-in Yeni il şənliyində övladlarınızı nə gözləyir? 
-sizin uşaqlarınız üçün Buta Palace-ın peşəkar aşpazlarından xüsusi uşaq menyusu; 
-peşakar aktyorlardan heyrətamiz təqdimat, təmiz səs effektləri və profesional texniki avadanlıq; 
-sizi Dəniz vağzalından Buta Palace-a Buta palace-in şəxsi avtobusu gətirəcək; 
-inanılmaz hədiyələr və sürprizlər bütün uşaqlar üçün; 
-əyləncəli müsabiqələr. 

3 yaşa qədər uşaqlar tədbirin keçirildiyi zala valideynləri ilə daxil ola və 1 oturacaq yer tuta bilər. 
Bilet əldə etməyən digər valideynlər isə tədbir bitənədək övladlarını Buta Palace-ın foyesində gözləyə və foyedə quraşdırılmış monitorda övladlarını izləyə bilər. 

Cədvəl və biletlər: 
2, 3, 4 yanvar 
Seans vaxtı: 11:00 və 16:00 
Biletin qiyməti: 35 AZN 

Biletləri paytaxtın bütün kassalarından əldə etmək olar. 
Yeni ilin sehrinə Buta Palace-la inanın! 

Bumblebee Kids Club

Bumblebee Kids Club uşaqları Yeni il bayramına dəvət edir

Yeni ilin gəlişi ilə əlaqədar 25 dekabr saat 16:00-dan 19:00-dək Bumblebee Kids Club-da uşaqlar üçün bayram keçiriləcək. Uşaqları elmi və qarlı şou, uşaqların sevimli cizgi film qəhrəmanları olan Elza və Kristofun iştirakı ilə animasiya proqramı, Yeni il qabağı kulinariya və incəsənət master-klassı və çoxlu-çoxlu şənlik gözləyir. 
Giriş: 1 uşaq üçün 50 AZN. 
Yaş tələbi: 2+

Alice's kafe

Möcüzələr aləmində Yeni İl

Dekabr ayının 16, 17, 23, 24, 30 və 31-i Alice’s kafe balacalar üçün Yeni İl şənliyi təşkil edəcək. Balacaları Bubble və Balloon show, xüsusi master-klasslar (23,24 və 31 dekabr), fotosessiya və inanılmaz ab-hava gözləyir. Xüsusi dəvət olunmuş Dj, Şaxta Baba və Qar Qız bu günü unudulmaz edəcəklər. 
Bilet almağa tələsin! 

MAYA Mexican Restaurant & Bar

Maya-da uşaqlar üçün Yeni İl şənliyi

Maya Mexican uşaqları və valideynləri 22 və 23 dekabr saat 14:00-dan etibarən Kid's Christmas Party-ə dəvət edir! Şənlikdə uşaqları ən dadlı yeməklər, face art, şahzadələr, pirat, cazibədar Elza və əlbəttə ki, Şaxta baba və Qar qızı gözləyəcək! Rəqslər və şən oyunlar! Hər kiçik qonaq üçün hədiyyə var! Uşaqlar üçün bilet - 35 AZN, böyüklər üçün - 50 AZN

Bakı Dövlət Sirki

"Ekstremal Qış" Yeni il Şousu

Dekabrın 29-dan yanvarın 7-ə kimi Bakı Dövlət Sirkindı yeni "Ekstremal Qış" adlı sirk şousu ilə tamaşaçıların qarşısına çıxacaq. Əyləncə və həyəcan bir arada! 

Biletlər sirkin kassalarında hər gün saat 10:00-dan 20:00-dək satılır. Biletlərin qiymətləri: 10-20 AZN arasında dəyişir.

H.Əliyev adına saray

"Fiksi-şou: Zamanın xilaskarları" Yeni İl tamaşası

29 və 30 dekabr tarixlərində Heydər Əliyev Sarayının səhnəsində uşaqlar üçün "Fiksi-şou: Zamanın xilaskarları" adlı tamaşa nümayiş olunacaq. Yeni İl tamaşası - "Fiksiki" cizgi filminin motivləri əsasında hazırlanmış lisenziyalı tamaşadır. 

Balacaların dostu fikslər macərasız bir gün belə keçirə bilmirlər. İndi isə onların bir dostu da var - DimDimıç. Bu dəfə onlar çox çətin məsələni həll etməlidirlər — dünyanın ən vacib Saatını təmir etməlidirlər. Bununla bağlı onlara Dedus-a müraciət edib, onlar isə imtina edə bilməzlər. Özü də onların əllərində Superpomogator var. Fayer, Simka və Nolik yeni antiqəhrəman — General Bot-la qarşılaşmalıdırlar. Lakin indi onun da köməkçiləri peyda olub.Bütün cihaz və qurğuları məhv edən - Toz, Pas və Qısa qapanma. Tamaşaçıların köməyi olmadan bu məsələni həll etmək olmaz. Fikslərin bu işin öhdəsindən necə gələcəyini və zamanı necə xilas edəcəklərini bilmək üçün tamaşaya gəlin! 

Seanslar: 
29 dekabr - 12:00, 15:00. 
30 dekabr - 12:00. 

Biletləri şəhərin bütün kassalarından əldə etmək mümkündür.

Port Baku Mall

Uşaqlar üçün əyləncəli master-klasslar

Dekabr başlanandan bütün şəhər Yeni İlin gəlişinə hazırlaşır. Milad ağacları bəzədilir, Bakı küçələrində çay və kofe qoxusu hiss olunur. Uşaqlar Şaxta baba və Qar qızla şəkil çəkdirirlər.

Bəs siz necə, Yeni İl sürprizlərinə hazırsınızmı? Hər gün saat 10:00-dan 22:00-a qədər Port Baku Mall-da uşaqlarınız üçün maraqlı master-klass və əyləncələr keçirilir: 
· Yeni İl dekoru; 
· Gil və plastilinlə yapma/qəlibləmə; 
· Akvarel boya ilə şəkil çəkmə; 
· Akril boya ilə şəkil çəkmə. 

Master-klass davamiyyəti: 1 saat. 
Yaş: 4-15 
Bir master-klassın qiyməti: 15 AZN. 

Vapiano Baku

Vapiano uşaqları Yeni il şənliyinə dəvət edir

30 və 31 dekabr tarixlərində Vapiano restoranında uşaqlar üçün Yeni il şənliyi təşkil olunacaq. Balacaları fokus, müsabiqə və hədiyyələtlə dolu şou-proqram, DJ və əlbəttə ki, şənliyin əsas qonaqları – Şaxta baba və Qar qız gözləyəcək. Şənliyin aparıcısı Kamran Razmovardır. 
Başlama vaxtı: saat 11:00
Biletin qiyməti: 35 AZN, buraya uşaq menyusu və hədiyyə daxildir. 
Uşaq menyusu: pizza və ya pasta və içki. 
Biletləri restorandan əldəetmək olar. Tələsin,biletlərin sayı məhduddur. 

Metropark

Metroparkda ödənişsiz əyləncə!

23-24 dekabr saat 15:00-dan 18:00-dək Metroparkda sizləri ödənişsiz əyləncə gözləyir. Sevimli personajlar, oyunlar, hədiyyələr və daha nələr-nələr! 

OXŞAR XƏBƏRLƏR